2025 ci ilin yayının əsas moda trendləri açıqlandı
Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.
"Who What Wear" nəşrinin moda redaktorları 2025-ci ilin yay mövsümünün əsas trendlərini sadalayıblar.
Oxu.Az xəbər verir ki, müvafiq material nəşrin saytında dərc olunub.
Şərhçilər toz-çəhrayı rəngi ən aktual rəng kimi qeyd ediblər, dama və çiçək naxışları isə əsas bəzəklər hesab olunub. Bundan əlavə, 1980-ci illərdə xüsusilə məşhur olan yarımşəffaf tüldən hazırlanmış geyimlər, fənər qollu paltarlar və irihəcmli ətəklərə tələbatın artdığı bildirilib. Həmçinin, həvəskarlara parlaq çantaları nəzərdən keçirmək tövsiyə olunub.
Baza qarderobuna gəldikdə isə, ağ maykalar və kostyumlar trend olaraq qalır. Bu mövsümdə topuqlu ayaqqabılar da ön plana çıxır.
Qeyd olunub ki, eyni zamanda idman geyimləri ilə bayram və gündəlik qarderob elementlərini birləşdirən dəniz üslubu və idman dəbi də aktual trendlər sırasındadır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:143
Bu xəbər 19 İyun 2025 08:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















