Icma.az
close
up
RU
2025 ci ilin yekunları: tarixi nailiyyətlər və yeni reallıqlar

2025 ci ilin yekunları: tarixi nailiyyətlər və yeni reallıqlar

Ses qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

2026-cı ilin 5 yanvar tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları yerli televiziya kanallarına verdiyi müsahibə ölkənin ictimai-siyasi həyatında mühüm hadisə kimi yadda qaldı. Dövlət başçısı bu müsahibədə ötən ilin yekunlarını, Azərbaycanın əldə etdiyi tarixi nailiyyətləri, mövcud regional reallıqları və qarşıdakı dövr üçün müəyyənləşdirilən əsas prioritetləri ətraflı şəkildə şərh etdi.
Möhtərəm Prezidentinizin çıxışı yalnız hesabat xarakteri daşımadı, eyni zamanda Azərbaycanın gələcək inkişaf yolunu, milli maraqlara əsaslanan müstəqil siyasət kursunu və dövlətçilik fəlsəfəsini aydın şəkildə ortaya qoydu.
Müsahibədə Prezidentimiz 2025-ci ili Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyan, tarixi nəticələrlə yadda qalan bir il kimi dəyərləndirdi. Dövlət başçısı qeyd etdi ki, ölkəmiz ötən il ərzində həm siyasi, həm iqtisadi, həm də diplomatik müstəvidə mühüm uğurlar əldə edib.
Xüsusilə regionda formalaşmış yeni siyasi reallıqların artıq dəyişməz xarakter daşıdığı vurğulandı. Cənab İlham Əliyev bildirdi ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam təmin edilib və bu reallıq beynəlxalq səviyyədə qəbul olunur. Bu, uzun illər aparılan prinsipial, ardıcıl və milli maraqlara əsaslanan siyasətin məntiqi nəticəsidir.
İlham Əliyev cənabları müsahibəsində regionda sülhün və təhlükəsizliyin təmin olunmasının Azərbaycanın əsas strateji məqsədlərindən biri olduğunu xüsusi qeyd etdi. Dövlət başçısı vurğuladı ki, Azərbaycan Cənubi Qafqazda uzunmüddətli sülhün, əməkdaşlığın və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin formalaşmasında maraqlıdır.
Prezidentimiz qeyd etdi ki, rəsmi Bakı heç vaxt revanşist yanaşmaları qəbul etmir və regionda yeni qarşıdurmaların yaranmasına yol verilməməsi üçün məsuliyyətli mövqe nümayiş etdirir. Azərbaycanın sülh təşəbbüsləri beynəlxalq hüquqa, ədalət prinsiplərinə və real siyasi vəziyyətə əsaslanır.
Müsahibənin mühüm hissəsi daxili siyasət və dövlət idarəçiliyində aparılan islahatlara həsr olundu. Prezident İlham Əliyev vurğuladı ki, dövlət idarəetməsində əsas məqsəd vətəndaş məmnunluğunun təmin olunması, şəffaflığın artırılması və məsuliyyətin gücləndirilməsidir.
Dövlət başçısı qeyd etdi ki, kadr siyasətində peşəkarlıq, vətənpərvərlik və xalqa xidmət prinsipləri əsas götürülür. Möhtərəm Prezidentimiz açıq şəkildə bildirdi ki, vəzifəsindən asılı olmayaraq hər bir məmur öz fəaliyyətinə görə cavabdehdir və etimadı doğrultmayan şəxslərlə bağlı qəti qərarlar qəbul edilir.
Cənab İlham Əliyev müsahibədə azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işlərinə xüsusi diqqət ayırdı. Dövlət başçısı bildirdi ki, bu ərazilərin qısa müddətdə yenidən qurulması Azərbaycanın iqtisadi gücünün, siyasi iradəsinin və təşkilati imkanlarının göstəricisidir.
Yeni yolların, dəmir yollarının, hava limanlarının, yaşayış komplekslərinin və sosial obyektlərin inşası regionların iqtisadi dövriyyəyə cəlb olunmasına, əhalinin mərhələli şəkildə öz doğma yurdlarına qayıtmasına imkan yaradır. Prezident vurğuladı ki, “Böyük Qayıdış” proqramı planlı və ardıcıl şəkildə icra olunur.
Müsahibədə Azərbaycanın xarici siyasət kursu da geniş şəkildə təhlil olundu. Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan müstəqil, balanslaşdırılmış və milli maraqlara əsaslanan xarici siyasət yürüdür.
Dövlət başçısı Azərbaycanın beynəlxalq arenada etibarlı tərəfdaş kimi tanındığını, enerji təhlükəsizliyi, nəqliyyat-logistika layihələri və regional əməkdaşlıq sahəsində mühüm rol oynadığını vurğuladı.Prezident İlham Əliyev müsahibəsində sosial siyasətin dövlətin əsas fəaliyyət istiqamətlərindən biri olduğunu xüsusi qeyd etdi.Əməkhaqlarının və pensiyaların artırılması, sosial müdafiə tədbirlərinin genişləndirilməsi, yeni iş yerlərinin yaradılması və sosial infrastrukturun gücləndirilməsi dövlət siyasətinin prioritet istiqamətləridir. Prezident vurğuladı ki, Azərbaycan sosial ədalət prinsipinə sadiqdir və bu kurs gələcək illərdə də davam etdiriləcək.
Möhtərəm Prezidentimizin müsahibədə söylədikləri bir daha göstərdi ki, Azərbaycan sabitlik, inkişaf və milli maraqlara əsaslanan müstəqil yolunu qətiyyətlə davam etdirir.

Eldar Əsədov

YAP Tərtər rayon təşkilatının sədri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:106
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 07 Yanvar 2026 09:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see217

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see206

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see180

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see172

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see170

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see169

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see166

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see162

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see156

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see153

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see153

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see149

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see149

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see144

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see141

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see139

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see139

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see138

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see130

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri