Icma.az
close
up
RU
2025 in savaş gündəliyi: Dünyanın dörd bir yanında MÜHARİBƏ SİYAHI

2025 in savaş gündəliyi: Dünyanın dörd bir yanında MÜHARİBƏ SİYAHI

Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

2025-ci ilin yarısı tamamlanmaq üzrədir. İlin ilk altı ayı dünyanın müxtəlif nöqtələrində qanlı toqquşmalar, raket zərbələri, dron hücumları və hərbi əməliyyatlarla yadda qalıb.

İrili-xırdalı münaqişələrdə minlərlə insan həlak olub, on minlərlə insan didərgin düşüb. Təkcə son bir ayda Yaxın Şərqdə və Avrasiya bölgəsində baş verən hadisələr qlobal sabitlik üçün ciddi təhlükə yaradıb.

İsrail–İran: Səhər saatlarında başlayan toqquşma

İyunun 13-də İsrailin “Am Kelavi” (Aslan kimi millət) adı altında İran ərazisinə start verdiyi kütləvi hava hücumu 2025-ci ilin ən səs-küylü münaqişələrindən birinə çevirilib. F-35I "Adir" və digər qırıcılarla həyata keçirilən zərbələrdə İranın nüvə obyektləri, hərbi bunkerləri və komandir heyəti hədəfə alınıb. İsrailin zərbələri nəticəsində İran İnqilab Keşikçilərinin 20-dən çox yüksək rütbəli komandiri öldürülüb.

Tehran bu hücuma cavab əməliyyatı ilə qarşılıq verib. İran 100-dən çox ballistik raket və kamikadze dronla İsrailin hərbi bazalarını və enerji infrastrukturlarını hədəfə alıb. Hər iki tərəf onlarla ölən və yüzlərlə yaralanan olduğunu rəsmən təsdiqləyib. İsrailin "Iron Dome" sistemi hücumların bir hissəsini zərərsizləşdirsə də, Tel-Əviv və Hayfada bir neçə yaşayış binası dağılıb.

Rusiya–Ukrayna: Cəbhə dəyişmir, raketlər susmur

Ukraynada müharibə artıq dördüncü ilinə daxil olub. 2025-ci ilin ilk aylarından etibarən Rusiya Donetsk vilayətində yeni hücum dalğalarına başlayıb. Ukrayna ordusu ABŞ və Aİ-nin verdiyi uzaqmənzilli raketlər və hava hücumundan müdafiə sistemləri ilə cavab verib.

İl ərzində müharibə cəbhəsində ən diqqətçəkən əməliyyat Ukraynanın yüzlərlə dronlarla Rusiyanın aerodromlarına etdiyi hücumdur. "Hörümçək toru" adlanan əməliyyat nəticəsində Rusiyanın 40-dan çox hərbi təyyarəsi sıradan çıxarılıb. Zədələnən təyyarələr arasında strateji əhəmiyyətə malik A-50 radiolokasiya təyyarələri, həmçinin Tu-95 və Tu-22M3 bombardmançıları da var. 

İsrail-HƏMAS - Qəzza müharibəsi davam edir

2025-ci ilin ilk yarısında Qəzzada vəziyyət gərgin olaraq qalıb. Atəşkəsin pozulmasından sonra İsrail Hərbi Hava Qüvvələri Qəzzanı yenidən bombalayıb. Anklavda ilk 6 ayda yüzlələ insan həlak olub. Beynəlxalq təşkilatlar və Qəzza Səhiyyə Nazirliyi davam edən hücumları “humanitar fəlakət” olaraq qiymətləndirərək dərhal atəşkəs çağırışı edir.

Pakistan–Hindistan: İki nüvə dövləti qarşı-qarşıya

May ayında Kəşmir bölgəsində Pakistan və Hindistan qoşunları arasında artan atışmalar diqqət çəkib. 2025-ci ilin aprelinin ortalarında Pahalqomda 26 turistin qətlə yetirildiyi terror aktından sonra Hindistan hadisəyə görə Pakistanı ittiham edib. Mayın 7-də Hindistan “Sindoor” əməliyyatı adı altında 9 strateji hədəfə qarşı raket və pilotsuz uçuş aparatları ilə hücum həyata keçirib. Pakistanın cavab tədbiri olaraq 11 mayadək davam edən həmlələrdə Hindistanı geri otuzdurub. Pakistan Hindistanın "Rafale" və MiG‑29 təyyarələrini məhv edib. 10 may 2025-ci il tarixində ABŞ-ın vasitəçiliyi ilə sazişə əsaslanan atəşkəs əldə edilib və hər iki tərəf danışıqlar masasına qayıdıb.


 

Pakistan–Əfqanıstan: Sərhəd gərginliyi

2025-ci ilin fevralında Pakistanın Bəlucistan vilayətində Talibanın dəstəklədiyi silahlı qruplar Pakistan əsgərlərinə hücum edib. Pakistan hərbi rəhbərliyi cavab olaraq Əfqanıstanın sərhəd bölgəsində yerləşən militant düşərgələrini bombalayıb.  Hər iki tərəf arasında atəşkəs razılaşması əldə edilsə də, vəziyyətin yenidən gərginləşəcəyi ehtimal olunur. İtki sayı rəsmi olaraq açıqlanmasa da, onlarla insanın öldüyü bildirilir.

Digər regional toqquşmalar

Efiopiya: Fano milis qüvvələri ilə federal hökumət arasında Amhara bölgəsində baş verən döyüşlərdə 300-dən çox insan öldürülüb.

Liviya: Tripolidə 444-cü Briqada ilə digər milislər arasında toqquşmalarda 8 nəfər həlak olub, 70-dən çox insan yaralanıb.

Konqo Demokratik Respublikası: M23 və digər silahlı qruplarının hərbi əməliyyatlarında yüzlərlə mülki şəxs öldürülüb, qaçqın axını artıb.

Somali: Əl-Şəbab terror qruplaşması ilə hökumət qüvvələri arasında baş verən döyüşlərdə 500-dən çox insanın öldüyü açıqlanıb.

2025-ci ilin ilk 6 ayı göstərib ki, beynəlxalq hüququn təsiri azalıb, diplomatiya isə bir çox hallarda gecikir. Artan hərbi xərclər, texnologiyanın müharibəyə inteqrasiyası və regional güc mübarizələri qlobal miqyasda sülhə ciddi təhdid yaradır. Dünya bir daha "savaşlarla dolu" dövrə qədəm qoyur...

Modern Təhlil və Araşdırma Qrupu

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:157
embedMənbə:https://modern.az
archiveBu xəbər 16 İyun 2025 15:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see168

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see154

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see153

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see149

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see141

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see141

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see139

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see136

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see134

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see131

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see131

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see131

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see130

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see129

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see125

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri