Icma.az
close
up
RU
2025 in yayı üçün trend rənglər hansılardır? FOTOLAR

2025 in yayı üçün trend rənglər hansılardır? FOTOLAR

Demokrat.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Məşhur ukraynalı dizayner Andre Tan bu ilin yay mövsümünə uyğun beş əsas rəngi seçib. 
Demokrat.az xəbər verir ki, onun sözlərinə görə, bu rənglər həm monoxrom geyimlərdə, həm də aksent olaraq istifadə edildikdə olduqca uğurlu seçimlərdir.
Dizayner "pudra çəhrayısı", "kərə yağı sarısı", "fıstıq yaşılı", "şokolad" və mavi rənglərini tövsiyə edir. O, bu çalarlardan həm başdan-ayağa geyimlərdə, həm də aksesuarlarda istifadə etməyi məsləhət görür.
Fıstıq yaşılı
Bu rəng 2025-ci ilin əsas trend çalarlarından biridir. Hətta ən sadə geyimlərdə belə "zövqlü" görünüş yaradır. Fıstıq yaşılı köynək və ya kostyum hər obrazı tamamlaya bilər. Bu rəngdə total görünüş formalaşdırmaq və ya onu ağla birləşdirmək tövsiyə olunur. Şokolad çaları ilə fıstıq yaşılı bir arada da uğurlu görünür.
"Bu rəngdə köynəklər, şortlar, topiklər, blezərlər və ya hətta idman ayaqqabıları Pinterest-dəki stil xəyalını xatırladır", deyə Andre Tan qeyd edib.
Pudra çəhrayısı
Bu mövsüm parlaq çalarlardan uzaq durmaq və daha sakit, zərif tonlara üstünlük vermək tövsiyə olunur. Onlardan biri də pudra çəhrayısıdır. Romantikaya işarə edən bu rəng obrazınıza yüngüllük və zəriflik qatır. Şifon köynəklər, smart casual üslubda kostyumlar və ya sadə kombinə paltarlar bu rəngdə olduqca zərif görünür.
"Bu, parlaq deyil, aristokratik çəhrayıdır. 'Powder Pink' həmişə stilin simvoludur. Nəzakət, lakin naifliksiz – bu rəng məhz bunun üçün nəzərdə tutulub", deyə dizayner bildirib.
Kərə yağı sarısı
Bu isti ton bürünc dərində xüsusilə gözəl görünür və hər bir geyimə parlaqlıq qatır. Monoxrom tərzdə bir görünüş yarada və ya bu rəngdə bir detal əlavə edə bilərsiniz: svetşot, top, çanta və ya nazik don. Kərə yağı sarısı bej, südlü və zeytun rəngləri ilə harmonik uyğunlaşır.
"Bu rəng günəşin istisini xatırladır. "Butter Yellow" – yay üçün ən isti və sevilən rəngdir. Həm başdan-ayağa görünüşdə, həm də vurğularda ideal işləyir", deyə Tan vurğulayıb.
Mavi
Bu çalar yay qarderobunun əsas rənglərindən sayılır. Denim, ağ, boz, qrafit, bej və şokolad çalarları ilə mükəmməl uyğunlaşır. Mavi köynəyi ağ şort və ya düz cinslərlə kombinləmək olar. Bu rəngdə donlar isə açıq rəngli sandaletlər və ya ağ idman ayaqqabıları ilə şık görünür.
"Bu, ağ rəngə müasir alternativdir. İsti havalarda belə sərinlik hissi yaradır. Donlar, cinslər və bluzlar - hər biri "baby blue"da təravətli və bahalı görünür", deyə Andre Tan qeyd edib.
Şokolad
Dizaynerin tövsiyə etdiyi digər bir çalar isə "Mocha Mousse" adlanan şokolad tonudur. İsti, dərin, lakin bir o qədər də sadə görünür. Bu rəngdə kətan şalvar və top, bodi və ya aksessuarlar uğurlu seçimdir. Şokolad çaları obrazlara dərinlik və qadınsılıq qatır.
"Bu, yorucu olmayan bir şokoladdır. "Mocha Mousse" gündəlik və axşam geyimlərində bərabər dərəcədə effektiv görünür. Dəri çantalar və ya bodilər bu tonda olduqda həm minimalistik, həm də xarakterli görünür", deyə modelyer əlavə edib.

Jalə
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:340
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 05 May 2025 18:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see357

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see236

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see232

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see231

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see224

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see223

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see221

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see218

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see217

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see213

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see207

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see206

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see205

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see200

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see200

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see200

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see199

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see199

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see199

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri