Icma.az
close
up
RU
2025/2026 mövsümünün topları müəyyənləşib

2025/2026 mövsümünün topları müəyyənləşib

sport24.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

2025/2026 mövsümündə Azərbaycan liqalarında istifadə olunacaq toplar müəyyənləşib.  Sport24.az PFL-ə istinadən xəbər verir ki, qarşıdakı mövsümdə Azərbaycan Premyer Liqası və əvəzedicilərin çempionatında çıxış edəcək komandaların üzvləri "Adidas" şirkətinin istehsal etdiyi "Conext25 PRO" toplarından yararlanacaqlar.

Ən yüksək səviyyəli oyunlar üçün nəzərdə tutulmuş, FIFA tərəfindən rəsmi olaraq təsdiqlənmiş "Conext25 Pro" xüsusi hazırlanmış, keyfiyyətli polietilen materialından istehsal edilmişdir. Bu, topun dayanıqlığını və müxtəlif hava şəraitində istifadəsini təmin edir. Topun səthi mükəmməl hava axını və yüksək sürət təmin edən xüsusi qatlara malikdir. Daxili hazırlanma texnologiyası topun təzyiqini yaxşı saxlamağa hesablanıb. 

Top unikal və parlaq rəngləri ilə seçilir. "Conext25 PRO"nun rəngi onun meydançada vizual olaraq görünməsini asanlaşdırır.
Top hazırlanarkən onun təhlükəsizliyinə və möhkəmliyinə xüsusi önəm verilmişdir.
Ötən il Premyer Liqada istifadə edilən, 2024-cü il Avropa çempionatının rəsmi topu olan "Fussballiebe" gələn mövsüm I Liqa klublarının ixtiyarında olacaq.
Alman dilindən tərcümədə "futbol sevgisi" mənasını verən "Fussballiebe"-nin üzərində - turnirin loqotipinin ətrafında iştirakçı ölkələrə işarə edən qırmızı, göy, yaşıl və narıncı rənglər təsvir edilib. Həmçinin Almaniyada baş tutmuş yarışda matçların keçirildiyi 10 şəhərin adı və stadionların illüstrasiyası əks olunub.
Bu top bioloji əsaslı materiallardan hazırlanıb. Sürətli və dəqiq oyuna imkan yaradan yüksək aerodinamikaya malikdir.
Üst təbəqə sabit və ikiqatlı xarici qabığı ilə ekoloji cəhətdən təmiz və təbii rezindən ibarət mərkəzi hava kamerası, müasir "CTR-CORE" ilə dəstəklənir.
Top həm meydanda, həm də meydandan kənarda geniş şəkildə tədqiq edilmiş və sınaqdan keçirilmişdir.

II Liqa komandalarının üzvləri "Adidas Tiro Pro"-nu "qovacaqlar". Onlara bu toplar hədiyyə ediləcək. 
"Adidas Tiro Pro" futbol topu ən yüksək FIFA reytinqli, ənənəvi 32 lövhəli dizayna malikdir. İnnovativ TSBE texnologiyasıyla hazırlanan topun lövhələri bir-birinə termal yolla birləşdirilib. Bu texnologiya sayəsində top daha az nəm hopdurur, uçuş trayektoriyası isə daha dəqiq olur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:236
embedMənbə:https://sport24.az
archiveBu xəbər 14 Mart 2025 17:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see430

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see370

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see286

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see273

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see255

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see247

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see245

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see234

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see227

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see222

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see220

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see218

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see216

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see207

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see207

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see205

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see205

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see200

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see198

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri