Icma.az
close
up
RU
2025ci il Azərbaycan iqtisadiyyatını nə gözləyir? Mühüm plan işə düşür

2025ci il Azərbaycan iqtisadiyyatını nə gözləyir? Mühüm plan işə düşür

GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanda mövcud uzunmüddətli iqtisadi inkişaf strategiyası, ölkənin müxtəlif regionlarının dayanıqlı və balanslaşdırılmış inkişafını təmin etmək məqsədi güdür. Bu strategiya yerli iqtisadiyyatların rəqabətqabiliyyətliliyinin artırılmasına, sosial rifahın yüksəlməsinə, təbii ehtiyatların istifadəsinə və ətraf mühitin idarə edilməsinə, eyni zamanda, ekoloji təhlükəsizliyin təminatı olunmasına yönəlmiş tədbirlərə əsaslanır. 

Regionların inkişafı və sosial rifah səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilən layihələr şəraitin yaxşılaşdırılmasına yönəldilib.

Azərbaycanda uzunmüddətli iqtisadi inkişaf strategiyası iqtisadi sahədə davamlı inkişaf prinsiplərinin tətbiqinə və hərtərəfli inkişafın təmin edilməsinə xidmət edir.

Bu strategiyanın həyata keçirilməsində, o cümlədən ölkənin regionlarının sosial-iqtisadi inkişafının yeni keyfiyyət mərhələsinə yüksəlməsində regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramları (2004-2008, 2009-2013, 2014-2018 və 2019-2023-cü illər üzrə) qəbul edilmişdir.

Ceyhun Məmmədov

Globalinfo.az-a danışan Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib ki, bu gün regionların sosial-iqtisadi inkişafı istiqamətində mühüm tədbirlər görülür, addımlar atılır:

“Ötən dövrlərlə müqayisədə regionlarımızın müsbət istiqamətdə inkişafının şahidi oluruq. Yeni infrastruktur, yeni yollar, elektrik xətləri və s. sahədə yüksək səviyyədə işlər görülür. Əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində tədbirlər aparılır. Proseslər o qədər sürətlə gedir ki, bəzən bunları müşahidə etmək çətinləşir. Amma ötən dövrlərlə müqayisədə həqiqətən görülən tədbirlərin miqyası, effektivliyi göz önündədir.

Təbii resursların səmərəli istifadəsi, ətraf mühitin etibarlı mühafizəsi üçün də çox ciddi ölçülüb-biçilmiş, planlaşdırılmış, önəmli addımlar atılıb. Bu dövlətin həyata keçirdiyi uğurlu siyasətin nəticəsidir. Bu gün paytaxt Bakı qədər regionlarımız da inkişaf edir. İşğaldan azad olunmuş ərazilərimizdə böyük quruculuq, bərpa işləri də görülür. Bütün bunlar dövlətin məsələyə nə qədər həssas yanaşdığını göstərir.

Dövlət büdcəsindən sosial sahəyə ayrılan vəsaitin də burada xüsusi rolu var”.

Elşad Məmmədov

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın sədri, professor Elşad Məmmədov isə məsələyə belə münasibət bildirib:

“2024-cü il Azərbaycan iqtisadiyyatı üçün sabitlik və inkişaf ili kimi dəyərləndirilə bilər. Makroiqtisadi göstəricilərlə bağlı hansısa ciddi problemlər müşahidə edilmədi. Eyni zamanda rəsmi Bakının uzun müddətli iqtisadi inkişaf siyasəti ilə bağlı müvafiq iqtisadi inkişaf strategiyası da reallaşdırılmaqdadır. Bu strategiyanın əsas istiqamətləri, iqtisadiyyatın imkanlarının genişləndirilməsi, rəqabət qabiliyyətliliyinin yüksəldilməsi, sosial rifahın inkişaf etdirilməsi, resurslardan səmərəli istifadə və yaşıl gündəlik, ətraf mühitin qorunması ilə bağlı məsələlər ölkə rəhbərliyinin siyasətinin prioritet istiqamətlərindəndir.

Bu ildə də sosial-iqtisadi siyasətin prezidentin şəxsi iradəsinə əsasən ilk növbədə sosial yönümlü olması göz qabağındadır. Sosial xərclərin artırılması, sosial müdafiə sistemindəki şəffaflığın təmin edilməsi, əhalinin geniş təbəqələrinin aktiv şəkildə məşğulluq siyasətinə cəlb olunması, bununla yanaşı xüsusilə həssas kateqoriyalara dövlət tərəfindən ünvanlı sosial yardımın verilməsi artan xətt üzrə davam etdirilir”.

Elşad Məmmədovun sözlərinə görə, 2025-ci ildə bu istiqamətlərə vəsaitlərin daha çox artırılması nəzərdə tutulub:

“Bu istiqamətdə ölkə başçısı İlham Əliyevin müvafiq sərəncamı və tapşırıqları da var. Ona görə də biz sosial amilin ön planda olmasının davamlı şəkildə şahidi olacağıq. Eyni zamanda 2024-cü il Azərbaycanda böyük beynəlxalq tədbirin keçirilməsi ilə tarixə düşdü. Belə ki, bu tədbirdə də ölkəmizin kifayət qədər uca səslə milli maraqlarımıza söykənən yanaşmasını gördük. Ətraf mühitin qorunması ilə bağlı elmi cəhətdən əsaslandırılmış praqmatik dövlət yanaşmamız mövcuddur və bu beynəlxalq müstəvidə də səsləndirildi. Eyni zamanda geniş beynəlxalq dəstək də almış oldu.

İqtisadiyyatın rəqabət qabiliyyətliliyinin yüksəldilməsi, yüksək texnoloji tutumluluğunun inkişafı ilə bağlı məsələlərə də xüsusi diqqət yetirilir. Düşünürəm ki, dayanıqlı şəkildə investisiyaların həcmini artırmalıyıq. Bu məsələ ümumiyyətlə iqtisadi inkişafın prioritetində olmalıdır. Bazar iqtisadiyyatı şəraitində özəl daxili investisiyalar institutu dayanıqlı şəkildə inkişaf etdirilməlidir. Bu məsələlərin həlli və investisiya siyasətində məhz prioritetin innovativ sahələrə verilməsi ölkə iqtisadiyyatının rəqabət qabiliyyətliliyinin yüksəldilməsinə müvafiq şərait yaradılmalıdır”.

Safura Bənnayeva

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:227
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 26 Dekabr 2024 10:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri