Icma.az
close
up
RU
2025ci il büdcə xərcləri daha çox hansı istiqamətlərə yönəldiləcək?

2025ci il büdcə xərcləri daha çox hansı istiqamətlərə yönəldiləcək?

Banco.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev 2025-ci ilin dövlət büdcəsini təsdiqləyib. Növbəti il üçün büdcə gəlirlərinin 38,356 milyard manat, xərclərinin isə 41,407 milyard manat təşkil edəcəyi gözlənilir. Gəlirlər 2024-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 5,4%, xərclər isə 4,2% artacaq.

Bu barədə açıqlama verən millət vəkili Vüqar Bayramov bildirib ki, 2025-ci il büdcə xərclərinin 41%-dən çoxu sosial istiqamətlərə yönəldiləcək:

“Bu sahəyə ayrılan vəsait əvvəlki illərlə müqayisədə əhəmiyyətli dərəcədə artırılıb. 2021-ci ildə sosial xərclər 12,2 milyard manat olduğu halda, bu göstərici 2025-ci ildə 16,9 milyard manata çatdırılacaq. Bu isə son beş ildə sosial xərclərdə 4,7 milyard manat artım deməkdir. Sosial xərclərin mühüm hissəsi əmək pensiyalarına yönəldiləcək. Bu məqsədlə 2025-ci il büdcəsində 7,2 milyard manat ayrılıb. Əmək pensiyalarının orta məbləğinin 531 manata, yaşa görə əmək pensiyalarının isə 569 manata çatması proqnozlaşdırılır. Pensiyaların indeksləşdirilməsi 1 milyon 100 min nəfər vətəndaşı əhatə edəcək”.

Ən sərfəli kredit üçün müraciət et

Vüqar Bayramov onu da deyib ki, büdcədə Azərbaycanın müdafiə qabiliyyətinin gücləndirilməsi üçün 8,396 milyard manat nəzərdə tutulub:

“Bundan əlavə, Qarabağ və Şərqi Zəngəzura 4 milyard manat ayrılacaq. Beləliklə, işğaldan azad olunmuş ərazilərə ümumilikdə 22 milyard manat vəsait yönəldilmiş olacaq.

2025-ci ilin büdcəsi müstəqillik illərinin ən böyük büdcəsi olacaq. Dövlətin sosial siyasəti çərçivəsində maaşların, pensiyaların, müavinətlərin və təqaüdlərin artırılması əhalinin rifahının daha da yaxşılaşdırılmasına xidmət edəcək”.

Qeyd edək ki, 2025-ci ilin dövlət büdcəsi strateji əhəmiyyətli prioritetləri, o cümlədən sosial siyasət və müdafiə tədbirlərini əhatə edən əhatəli bir planla hazırlanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://banco.az
archiveBu xəbər 29 Dekabr 2024 09:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri