Icma.az
close
up
RU
2025ci il üçün sosial müdafiə xərcləri 10 faiz artırılacaq

2025ci il üçün sosial müdafiə xərcləri 10 faiz artırılacaq

Icma.az bildirir, Ses qazeti portalına istinadən.

Noyabrın 28-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirilib.

İclası açan komitə sədri Musa Quliyev bildirib ki, gündəliyə Büdcə zərfində olan 5 qanun layihəsi daxildir. Bunlar “Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında”, “İşsizlikdən sığorta fondunun 2025-ci il büdcəsi haqqında”, “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında”, “Azərbaycan Respublikasında 2025-ci il üçün ehtiyac meyarının həddi haqqında”, “Sosial sığorta haqqında”, “Tibbi sığorta haqqında” və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə ikinci oxunuşda olan qanun layihələridir.

Musa Quliyev Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə sosial sahədə görülən işlər, bu sahənin həmişə diqqət mərkəzində saxlanılması, vətəndaşların sosial rifahının yüksəldilməsi üçün həyata keçirilən tədbirlər və icra edilən dövlət proqramları barədə danışıb. O, bildirib ki, gələn ilin dövlət büdcəsində sosial xərclər 17 milyard manat nəzərdə tutulur ki, bu da Dövlət büdcəsinin 41 faizi deməkdir. Qeyd edilib ki, son 5 ildə sosial sahədə aparılmış dərin islahatlar nəticəsində böyük uğurlar əldə edilib. Ölkə başçısının təşəbbüsü və rəhbərliyi ilə 4 böyük sosial islahatlar zərfi qəbul edilib. Bu sosial islahatlar zərfinin illik xərci 7 milyard manat təşkil edir və 4 milyon vətəndaşımız hər il bu islahatlar zərfindən bəhrələnir.

Musa Quliyev qeyd edib ki, DSMF-nin büdcəsi imkan verir ki, əmək pensiyalarının orta aylıq məbləği gələn ildə 535 manata, yaşa görə pensiyanın orta aylıq məbləği isə 571 manata çatdırılsın. Büdcədə sosial müavinətlər üçün 198 milyon manat ayrılıb ki, bu da cari ildəkindən çoxdur.

Komitə sədri bildirib ki, 2025-ci il üzrə Dövlət sosial müdafiə fondunun büdcəsi artaraq 7,7 milyard manat proqnozlaşdırılır ki, bu, cari ilin büdcəsinə nisbətən 10,5% çoxdur.

Sonra “İşsizlikdən sığorta fondunun 2025-ci il büdcəsi haqqında” qanun layihəsi (birinci oxunuş) barədə məlumat verən komitə sədri diqqətə çatdırıb ki, 2025-ci ildə fondun büdcəsi 261 milyon manat nəzərdə tutulur ki, bu da cari ildəkindən 9,5% çoxdur.

Komitə sədri bildirib ki, Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu və 2025-ci il üçün ehtiyac meyarının həddi bərabər olmaqla ölkə üzrə 285 manat təşkil edəcək.

Komitə sədri çıxışında Azərbaycanda özünəməşğulluq proqramlarının uğurla icrası, yeni iş yerlərinin açılması, həyata keçirilən aktiv məşğulluq tədbirləri, əhalinin pensiya təminatı barədə də fikirlərini açıqlayıb.

Sonra Musa Quliyev gündəliyin beşinci məsələsi olan “Sosial sığorta haqqında”, “Tibbi sığorta haqqında” və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsinin ikinci oxunuşu barədə məlumat verib.

O, bildirib ki, qanun layihəsi Vergi Məcəlləsinə uyğunlaşdırma məqsədilə hazırlanıb. Belə ki, Vergi Məcəlləsinin 150.6-cı maddəsinə əsasən, vergi ödəyiciləri Azərbaycan Respublikasında fəaliyyətini dayandırdıqda, habelə hüquqi şəxs və ya qeyri-rezidentin daimi nümayəndəliyi ləğv edildikdə, yaxud vergi ödəyicisi olan fiziki şəxsin fəaliyyətinə xitam verildikdə həmin Məcəllədə göstərilən ümumi müddətlərdən gec olmamaq şərtilə 30 gün müddətində ödəmə mənbəyində tutulan vergilər barədə vergi orqanına bəyannamə verməyə borcludurlar.

Sonra iclasda çıxış edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev bildirib ki, bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən siyasətin mərkəzində Azərbaycan Respublikasının vətəndaşı dayanır. Əhalinin məşğulluğu, aztəminatlı ailələr, şəhid ailələri, müharibə veteranları hər zaman dövlətimizin diqqət mərkəzində olub. Eyni zamanda, artıq dövlət başçısı tərəfindən 5-ci sosial islahat zərfi barədə anons verilib. Büdcədə bu islahatların həyata keçirilməsi üçün zəruri maliyyə vəsaiti nəzərdə tutulub.

Nazir müavini qeyd edib ki, əhalinin məşğulluğunun təmin edilməsi istiqamətində işlər davam etdirilir. Ötən müddətdə əmək müqavilələrinin sayı ölkə üzrə 47 faiz artıb. Bu gün tam əminliklə deyə bilərik ki, ölkədə əməkhaqqı fondu 3 dəfəyədək artıb. Minimum əməkhaqqı 2.7 dəfə, orta aylıq əməkhaqqı 82 faiz yüksəlib. Sosial ödənişlərlə bağlı islahatlar da ardıcıl xarakter daşıyır. Bununla yanaşı, əmək pensiyaları sahəsində də islahatlar həyata keçirilib. Minimum pensiya 2,5 dəfə, orta aylıq pensiya 2,4 dəfə, yaşa görə orta aylıq pensiya 2,3 dəfə artıb.

Nazir müavini ünvanlı dövlət sosial yardımı, əlilliyin təyinatı, məşğulluq, “DOST” modelinin tətbiqi, xidmətlərin elektronlaşdırılması, işsiz şəxslərin özünəməşğulluğu, şəhid ailələrinin, müharibə əlillərinin hüquqlarının təminatı, mənzillərin, avtomobillərin paylanılması və digər istiqamətlərdə görülmüş işlərdən danışıb.

Anar Əliyev qeyd edib ki, Dövlət Sosial Müdafiə Fondunun büdcəsi 2025-ci il üzrə 7,7 milyard manat proqnozlaşdırılır ki, bu da 2024-cü ilə nisbətən 727 milyon manat (və ya 10,5%) çoxdur. İşsizlikdən sığorta fondunun 2025-ci il büdcəsi isə 260,7 milyon manat nəzərdə tutulur ki, bu da cari illə müqayisədə 9,5% çoxdur.

Nazir müavini bildirib ki, bu gün əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi üçün hökumət tərəfindən bütün zəruri tədbirlər həyata keçirilir.

İclasda çıxış edən Hesablama Palatasının auditoru Vəfa Mütəllimova diqqətə çatdırıb ki, Palatanın qənaətinə görə büdcədə nəzərdə tutulmuş tədbirlər ölkə başçısının müəyyən etdiyi hədəflərin əldə edilməsinə istiqamətlənib. Büdcədə nəzərdə tutulmuş vəsait bu hədəflərə nail olunması üçün kifayət qədər maliyyə ehtiyatı yaradır.

Sonra məsələlərin müzakirəsi zamanı çıxış edən komitə üzvləri Səttar Möhbalıyev, Vüqar Bayramov, Sevinc Hüseynova büdcə zərfinə daxil olan bu qanun layihələri barədə fikirlərini bildiriblər, qeyd və təkliflərini səsləndiriblər. Nazir müavini Anar Əliyev qaldırılan məsələlərə münasibət bildirdikdən sonra gündəlikdəki 5 məsələnin hamısı ikinci oxunuşda parlamentin plenar iclasında müzakirəyə tövsiyə olunub.

İclasda Milli Məclisin deputatları Jalə Əliyeva, Bədəl Bədəlov, Göydəniz Qəhrəmanov, Nigar Məmmədova, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər.

Elçin Bayramlı

Parlament müxbiri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 28 Noyabr 2024 17:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see362

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see361

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see353

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see347

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see340

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see330

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see325

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see313

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see312

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see309

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see299

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see297

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see292

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see279

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see277

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see267

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see258

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see244

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see201

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri