2025ci ildə Qızıl Top mükafatına namizədlərin siyahısı bəlli olub
Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
2025-ci ildə "Qızıl top"u qazanmağa namizəd olan futbolçuların adı açıqlanıb.
Oxu.Az Goal.com-a istinadən xəbər verir ki, idman jurnalistlərinin səsverməsi əsasında tərtib olunan favoritlərin siyahısına İngiltərənin "Liverpul" klubunda çıxış edən Məhəmməd Salah başçılıq edir.
İspaniya təmsilçisi "Real"dan Vinisius Junior ikinci, "Barselona"dan Rafinya üçüncü olub.
Növbəti mövqelərdə Almaniyanın "Bavariya" komandasından Camal Musiala, "Barselona"dan Robert Levandovski, Lamin Yamal, "Real"dan Kilian Mbappe, "Bavariya"dan Harri Keyn, İngiltərənin "Çelsi" klubundan Koul Palmer və Almaniya təmsilçisi "Bayer 04"dən Florian Virts yer alıblar.
Xatırladaq ki, 2024-cü ildə "Qızıl top"u İngiltərənin "Mançester Siti" komandasından Rodri qazanıb.
Qeyd edək ki, mükafatın sahibi jurnalistlərin səsverməsi nəticəsində müəyyənləşəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:145
Bu xəbər 25 Dekabr 2024 17:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















