Icma.az
close
up
RU
2025ci ildə sosial müdafiəyə ayrılan bütün vəsaitlərdə artımlar ediləcək

2025ci ildə sosial müdafiəyə ayrılan bütün vəsaitlərdə artımlar ediləcək

Ses qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Milli Məclisdə müzakirə olunan 2025-ci ilin dövlət büdcəsi layihəsində sosial müdafiə sahəsində bəzi yeniliklər və sosial sahələrə vəsaitin artırılması nəzərdə tutulub. Əsas məqamları oxcularımızın diqqətinə çatdırmaq istərdik.

Dövlət Sosial Müdafiə Fondunun 2025-ci il üçün gəlirləri və xərcləri bərabər olmaqla 7 milyard 676 milyon manat proqnozlaşdırılır ki, bu, cari ilin büdcəsinə nisbətən 726,6 milyon manat və ya 10,5% çoxdur.

2025-ci ildə Fondun büdcəsinin balanslaşdırılması məqsədi ilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsait 1 milyard 600 milyon manat proqnozlaşdırılır ki, bu da 2024-cü il üzrə təsdiqlənmiş transfert məbləğindən 368 milyon manat çoxdur. Transfertin həcmindəki görünən artım 2024-cü ildə dövlət sosial müdafiə fondunun gəlirlərindən 387 mln manatın dövlət büdcəsinə yönəldilməsi ilə bağlıdır.

DSMF-nin gələn ilə proqnozlaşdırılan ümumi xərclərinin 96,5%-ni əhaliyə ödənişlər təşkil edəcək. Əmək pensiyalarının orta aylıq məbləğinin cari ilin sonuna 494 manat, gələn ildə isə 535 manat olacağı proqnozlaşdırılır. Növbəti ildə yaşa görə pensiyanın orta aylıq məbləğinin cari ildəki 527 manatdan 44 manat artaraq 571 manata yüksəldilməsi gözlənilir.

2025-ci ildə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə, hamiləliyə və doğuma görə, uşağın anadan olmasına görə, 3 yaşınadək uşaqlara qulluğa görə və dəfn üçün müavinətlərin maliyyələşdirilməsinə 198,4 milyon manat vəsait nəzərdə tutulub ki, bu da cari ilin təsdiqlənmiş proqnozuna nisbətən 9,3%, yaxud 16,8 milyon manat çoxdur.

Fond tərəfindən investisiya fəaliyyəti dövründə ümumilikdə 67,18 mln. manat gəlir əldə edilmiş və 2025-cii ilin sonuna qədər əlavə olaraq 15,82 mln. manat gəlir əldə olunması gözlənilir. Fondun investisiya gəlirləri şəhid ailələrinin, müharibə əlillərinin sosial-məişət şəraitinin yaxşılaşdırılması və sair istiqamətlərdə sərf edilir.

Növbəti ilin dövlət büdcəsinin xərclərində sosialyönümlü xərclərin xüsusi çəkisinin 41%-ə çatdırılması , o cümlədən son 5 ildə bu istiqamətdə dövlət büdcəsindən ayrılan vəsaitin həcminin mütləq ifadədə 1,6 dəfə artması vacim məqamdır.

Sosial müdafiə fondunnun 2025-ci il üçün gəlirlərinin 78%-nin və ya 6 milyard manatının məcburi dövlət sosial sığorta (MDSS) daxilolmaları üzrə formalaşacağı proqnozlaşdırılır. Bu isə cari ilin müvafiq göstəricisindən 519 milyon manat və ya 9,5 % çoxdur.

Büdcədən maliyyələşən təşkilatlar üzrə 2025-ci il üçün daxilolmalar 2 milyard manat, qeyri-büdcə təşkilatları üzrə isə 4 milyard manat proqnozlaşdırılır. Qeyri-büdcə sektoru üzrə gəlirlər sosial sığorta haqlarının 66%-ni təşkil edir.

Ümumilikdə 2024-cü ilin təsdiq edilmiş göstəriciləri ilə müqayisədə 2025-ci il üçün büdcədən maliyyələşən təşkilatlar üzrə daxilolmalar 7,1% və ya 135 milyon manat, qeyri-büdcə sektoru üzrə daxilolmalar isə 10,8% və ya 385 milyon manat artımla proqnozlaşdırılmışdır.

Növbəti ildə Fondun xərcləri 7 milyard 676 milyon manat proqnozlaşdırılır. Fondun 2025-ci il xərclərinin 97%-i və ya 7 milyard 409 milyon manatı əhaliyə ödənişlərin payına düşür. Bu göstərici 2023-cü illə müqayisədə 1 milyard 521 milyon manat, 2024-cü illə müqayisədə isə 702 milyon manat çoxdur. Bu məbləğin 7 milyard 211 milyon manatı əmək pensiyalarının, 198 milyon manatı isə sosial sığorta hesabına verilən müavinət xərclərindən ibarət olacaqdır.

2025-ci il üzrə əmək pensiyalarının maliyyələşdirilməsi üçün ayrılan vəsait 2024-cü ilin təsdiqlənmiş xərcləri ilə müqayisədə 686 milyon manat və ya 10,5% artımla nəzərə alınmışdır. Növbəti il üçün pensiyaların orta aylıq məbləği 535 manat proqnozlaşdırılır ki, bu da 2024-cü ilin sonuna gözlənilən göstəricidən 8,3% çoxdur. Yaşa görə pensiyanın orta aylıq məbləği isə növbəti ildə 571 manat təşkil edəcək. Bu isə cari il üçün yaşa görə pensiyaların ilin sonuna gözlənilən orta aylıq məbləği ilə müqayisədə 8,3% artım deməkdir. Cari ilin sonuna yaşa görə pensiyaların orta məbləği 527,3 manat olaraq gözlənilir.

Pensiya sistemi üzrə əsassız və saxta ödənişlərin aradan qaldırılması nəticəsində 2024-cü ilin 9 ayında indeksasiya əmsalları tətbiq edilmədən 955 milyon manat, indeksasiya tətbiq edildikdə isə 1 milyard 263 milyon manat əsassız xərclərin qarşısı alınmışdır.

2024-cü ildə Fond tərəfindən aparılmış yaşa görə pensiyaların proaktiv təyinatlarının payı ümumi təyinatların 89%-ni əhatə etmişdir. Bu isə həmin sayda şəxsin heç bir ünvana yaxınlaşmadan öz sosial hüquqlarını reallaşdırması deməkdir.

2025-ci ildə İşsizlikdən Sığorta Fondunun gəlirləri və xərcləri balanslaşdırılmaqla 260,7 milyon manat nəzərdə tutulmuşdur ki, bu da cari illə müqayisədə 22,7 milyon manat, yaxud 9,5% çoxdur.

Büdcədən maliyyələşən təşkilatlar üzrə daxilolmalar 50 milyon manat, qeyri-büdcə təşkilatları üzrə isə 156 milyon manat proqnozlaşdırılır. Sığorta haqları üzrə yığımın 76%-i qeyri-büdcə sektorunun payına düşəcəkdir ki, bu da cari ilə nisbətən 17 milyon manat çoxdur.

Ümumilikdə, 2024-cü ilin təsdiq edilmiş göstəriciləri ilə müqayisədə 2025-ci il üçün büdcədən maliyyələşən təşkilatlar üzrə daxilolmalar 10%, qeyri-büdcə sektoru üzrə daxilolmalar isə 12% artımla proqnozlaşdırılmışdır.

Fondun 2025-ci il üçün proqnozlaşdırılan 260,7 milyon manat məbləğində xərclərinin 77 milyon manatı özünüməşğulluq proqramının təşkilinə, 35 milyon manatı peşə hazırlığı və əlavə təhsilin təşkilinə, 17 milyon manatı işsizliyə görə sığorta ödənişlərinə, 1,5 milyon manatı peşəyönümü məsləhət xidmətlərinin göstərilməsinə, 1 milyon manatı peşə standartlarının hazırlanmasına, 4 milyon manatı sosial iş yerlərində əməkaqqının bir hissəsinin maliyyələşdirilməsinə və 4,5 milyon manatı digər aktiv məşğulluq tədbirlərinə yönəldiləcəkdir.

İşsizlikdən sığorta fondunun gəlirləri və xərcləri bərabər olmaqla 260 milyon 700 min manat nəzərdə tutulur ki, bu da cari ildəkindən 9,5% çoxdur.

Fondun gəlirlərinin 206,3 milyon manatı, yaxud 79,1%-i işsizlikdən sığorta haqları üzrə yığım hesabına formalaşacaq ki, bu da 2024-cü ilin təsdiq edilmiş müvafiq göstəricisindən 11,7% çoxdur. Sığorta haqları üzrə yığımın 75,9%-i qeyri-büdcə sektorunun payına düşəcək.

Fondun 2025-ci il xərclərinin 6,5 %-i və ya 17 milyon manatı işsizliyə görə sığorta ödənişlərinin payına düşür. Bu göstərici 2024-cü illə müqayisədə 2 milyon manat çoxdur.

Əsas aktiv məşğulluq tədbirlərindən olan özünüməşğulluq proqramı növbəti ildə də davam etdiriləcək və İSF büdcəsinin əsas hissəsini, təxminən 30%-ni təşkil edəcəkdir. Növbəti ildə Nazirlik tərəfindən daha 8 min, Dünya Bankı layihəsi çərçivəsində 1,5 min nəfər olmaqla ümumilikdə 9,5 min ailənin özünüməşğulluğunun təmin edilməsi nəzərdə tutulur. Proqramın əhatə dairəsinin genişləndirilməsi, vətəndaşlara təqdim edilən zərflərdə çeşid müxtəlifliyinin artırılması məqsədilə 2025-ci ildə 7 yeni zərfin pilot olaraq tətbiq edilməsi nəzərdə tutulur. Əlavə olaraq 4 yeni zərfin yaradılması istiqamətində araşdırmalar davam etdirilir və növbəti ildə tətbiq edilməsi planlaşdırılır.

2025-ci ildə işsiz və işaxtaran şəxslərin peşə hazırlığı və əlavə təhsilinin təşkili üzrə işlərə 35 milyon manat vəsaitin yönəldilməsi nəzərdə tutulur.

Gələn il əmək yarmarkalarının və əmək birjalarının təşkili istiqamətində 500 min manat xərclənməsi nəzərdə tutulur. Bu, ölkədə 110 regional iri əmək yarmarkasının və digər tədbirlərin təşkil olunmasına kifayət edəcəkdir.

Sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslər üçün əlavə iş yerlərinin, sosial müəssisələrin yaradılması və məqsədli proqramların həyata keçirilməsi və digər aktiv məşğulluq tədbirlərinin icrası üçün 2025-ci ildə 3 milyon manat xərclənməsi nəzərdə tutulur.

Elçin Bayramlı

Parlament müxbiri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:46
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 09 Dekabr 2024 17:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İtkin düşən azyaşlı tapıldı FOTO

12 Aprel 2025 23:13see131

Somalilend ABŞ dan tanınma qarşılığında liman və hava bazası təklif edir

13 Aprel 2025 12:26see130

Azərbaycanlı rəssam ABŞ də yenidən birinci oldu

13 Aprel 2025 16:02see130

Fransa 2026 cı il büdcə kəsirindən 40 milyard avro qənaət edəcək

13 Aprel 2025 17:12see129

Suriyada silahlı qruplaşmalar silahlarını təhvil verir

12 Aprel 2025 21:19see127

“Yeganə məxluqam ki, özümdən başqa heç kimə...”

13 Aprel 2025 00:29see126

Van Damm istintaq altında: Kannda 10 il əvvəl baş verən insan alveri haqqında YENİ FAKTLAR

13 Aprel 2025 06:33see126

Premyer Liqa: Araz Naxçıvan Kəpəz lə heç heçəyə razılaşdı

13 Aprel 2025 19:17see124

DOGE səmərəliliyi qeyd ediləndən aşağı ola bilər

13 Aprel 2025 23:11see122

Real Madrid 3 futbolçusunu göndərməyə qərar verdi ADLAR

13 Aprel 2025 00:00see120

AMEA nın yubileyinə həsr olunmuş konfrans

13 Aprel 2025 04:16see119

Nazirlərin aylar sonra ilk görüşü: İrəvan nəyə çalışır?

13 Aprel 2025 09:02see118

Şirvanda 36 yaşlı qadın özünü bıçaqlayıb

13 Aprel 2025 02:16see117

Vətəndaş həkimə, yoxsa bahalı xidmətə gedir? Özəl klinikalarda qəbul qiymətləri

12 Aprel 2025 22:23see116

İran AES lərin istifadəyə verilməsi prosesini sürətləndirəcək Vitse prezident

12 Aprel 2025 20:52see116

Bu il əhali geyimə 2,2 milyard manat xərcləyib

12 Aprel 2025 20:46see116

Dublyor olmadan əfsanəyə çevrildi: Ölümə meydan oxuyan Cüneyt Arkın

13 Aprel 2025 02:32see116

Bu bürclər yaxın zamanda varlanacaq ÇOX AZ QALDI

13 Aprel 2025 09:18see116

Elektrikli avtomobillər qlobal istiləşmə ilə mübarizədə faydasızdır

14 Aprel 2025 07:57see115

Çində küləklə bağlı narıncı xəbərdarlıq elan edilib

14 Aprel 2025 05:53see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri