Icma.az
close
up
RU
2025ci ilin dövlət büdcəsində neftdən asılılığımız azalacaqmı?

2025ci ilin dövlət büdcəsində neftdən asılılığımız azalacaqmı?

Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.

Pərviz Heydərov yazır...

Gələn ilin dövlət büdcəsi ilə bağlı ən vacib suallardan biri budur ki, neft gəlirlərindən asılılığımız azalıbmı? Ölkə üzrə ümumi daxili məhsulun (ÜDM) istehsalı həcminin formalaşması getdikcə daha çox qeyri-neft-qaz sektoru üzərində kökləndiyindən görünən budur ki, bu, həm adı çəkilən sektorun zəif də olsa inkişafının, həm də neft-qaz sahəsində geriləmənin hesabına baş verir.

Odur ki, büdcə gəlirlərində vergilər şəklində birincinin payı ildən-ilə artır.

Gəlirləri 38.3 milyard manat, xərcləri isə 41.4 milyard manat nəzərdə tutulan 2025-ci ilin dövlət büdcəsində də mədaxilin 49%-i neft, 51%-i isə qeyri-neft-qaz sektorunun hesabına formalaşacaq. ÜDM-də qeyri-neft-qaz sektorunun payının isə 68%-dən 71.3%-ə yüksələcəyi gözlənilir.

Lakin...

Dövlət büdcəsi gəlirlərinin 15 milyard 500 milyon manatı və ya 40.5%-i Dövlət Vergi Xidməti, 14 milyard 481 milyon manatı və ya 37.8%-i Dövlət Neft Fondundan (ARDNF) transfert, 6 milyard 600 milyon manatı və ya 17.2%-i Dövlət Gömrük Komitəsi, 840 milyon manatı və ya 2.2%-i büdcə təşkilatlarından daxilolmalar, 895 milyon manatı və ya 2.3%-i isə digər gəlirlərin hesabına təmin olunacaq.

Diqqət yetirin: növbəti ilin büdcə gəlirlərinin formalaşması ən çox Neft Fondunun 14 milyard 481 milyon manatı hesabına başa gələcək ki, bu da, 2024-cü ilin büdcə gəlirləri mədaxili üzrə proqnoza əsasən müqayisədə 1 milyard 700 milyon və ya 13.3%, 2023-cü ilin icra göstəriciləri ilə müqayisədə isə 2 milyard 743.4 milyon manat və ya 23.4% çox transfert deməkdir.

İndiyədək dövlət büdcəsi ARDNF-dən bu məbləğdə və səviyyədə transfert görməyib.

Yeri gəlmişkən, cari ilin dövlət büdcəsinə ilin ortasında yenidən baxılanda gəlirlərin proqnozlaşdırılandan 2 milyard 18 milyon manat və ya 6.4% artırılaraq 36 milyard 35 milyon 300 min manat edilməsi zamanı bunun, Neft Fondu üzrə əlavə transfert olmadan həyata keçirilməsi tərəfimdən müsbət dəyərləndirilmişdi.

Ona görə ki, ötən il analoji halda ARDNF-dən transfert təsdiq olunandan 457 milyon 700 min manat və yaxud 4.05% səviyyəsində artırılmışdı. 2022-ci ildə isə adıçəkilən fonddan büdcəyə nəzərdə tutulan 12 milyard 710 milyon manat transfert həcmi 1 milyard 192 milyon 500 min manat azaldılmışdı ki, nəticədə, ARDNF-dən köçürmə 2020-ci və 2021-ci illərdəkindən də aşağı səviyyəyə enmişdi.

Bu da xərclərin artması fonunda böyük hadisə və addım sayılırdı.

2021-ci və 2020-ci ildə dövlət büdcəsinə ARDNF-dən transfert eyni məbləğdə - 12 milyard 200 milyon manat təsdiq edilmişdi ki, 2022-ci ilin dövlət büdcəsindəsə Fonddan transfert əvvəlki illərdəkindən 510 milyon manat və ya 4.2% çox proqnoz edilmişdi.

Bundan əlavə, 2021-ci ildə Fonddan transfert ilin sonuna ümumiyyətlə 850 milyon manat az həyata keçirilmişdi.

Qeyd etmək istədiyim budur ki, neftin dünya bazar qiyməti neçə illərdir həm dövlət, həm də Neft Fondu büdcəsində nəzərdə tutulandan yüksək səviyyədə olduğundan, digər tərəfdən isə qeyri-neft-qaz sektorundan gəlirlərin və yığımın da durmadan artmasından irəli gələrək ARDNF-dən transfert azaldılır və əslində bu, ən düzgün yol sayılır.

Ümumiyyətlə, büdcəyə dürüstləşdirmə zamanı ilk ən böyük müsbət cəhət məhz ondan ibarət olmalıdır ki, gəlirin artırılması Neft Fondu hesabına deyil, başqa mənbələr hesabına həyata keçirilsin. Buna rəğmən isə istənilən xərc istiqamətində hər cür addım atmaq əslində olar və bu, mümkündür.

Sözün qısası, 2025-ci ilin dövlət büdcəsi də neftdən asılı vəziyyətdədir. Bəli, transfertləri nəzərə almadan, dövlət büdcəsi gəliri gələn il üçün 23.8 milyard manat proqnozlaşdırılıb. Və ümumiyyətlə, dövlət büdcəmizin inkişaf dinamikası artım üzərində kökləndiyindən ARDNF-dən transfertsiz büdcə gəlirləri 2023-cü ildə 23.5 milyard manat, 2024-cü ildə 23.6 milyard manat olduğu halda, 2025-ci ildə 23.8 milyard manat proqnoz edilib.

Bəli, 2014-cü ildə dövlət büdcəsinin neft-qaz üzrə gəlirləri 15.5 milyard ABŞ dolları və ya büdcə mədaxilinin 66%-ni təşkil edirdisə, 2024-cü ildə büdcəyə dürüstləşdirmədən sonra neft-qaz gəlirlərinin onda payı 10.5 milyard ABŞ dollarına bərabər olmaqla 49%-ə enib.

Lakin, sosialyönümlü xərclərin 8.8% artırılaraq 16.9 milyard manata çatdırıldığını və dövlət büdcəsi məsrəflərinin də 41%-i əhatə etməklə sosial siyasətin prioritetlik təşkil etdiyini nəzərə alsaq, neft və qaz gəlirlərindən asılılığımız davam edir və bu, hələ bir neçə il də öz tendensiyasını qoruyub saxlayacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:147
embedMənbə:https://moderator.az
archiveBu xəbər 02 Dekabr 2024 16:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see305

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see293

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see284

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see281

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see263

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see251

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see243

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see234

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see234

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see229

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see226

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see221

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see219

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see209

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see194

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see193

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see187

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see187

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see182

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri