2026 cı il Dünya Çempionatı rekord sayda tamaşaçı cəlb edəcək FİFA prezidenti
Yeniavaz saytından verilən məlumata görə, Icma.az xəbər verir.
FİFA prezidenti Canni İnfantino 48 komandanın iştirak edəcəyi 2026-cı il Dünya Çempionatı ilə bağlı rekord rəqəmlər təqdim edib.
Yeniavaz.com xəbər verir ki, o bu barədə İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda çıxışında qeyd edib.
“Bu, dünyanın bütün komandalarının təxminən dörddə birini təşkil edən 48 komandanın iştirak etdiyi ilk Dünya Çempionatı olacaq. Üç ölkədəki 16 möhtəşəm stadionda 104 oyun keçiriləcək. Stadionlarda təxminən 7 milyon, teleekranlar qarsısında isə təxminən 6 milyard tamaşaçı olacaq. Oyunlara tamaşa edən amerikalılar üçün bu, bir ayda 104 Super Kuboka tamaşa etmək kimidir. Bilet satışınaın ilk mərhələsinə dörd həftə əvvəl başladıq və 500 milyondan çox müraciət aldıq. Dünya çempionatlarının 100 illik tarixində FIFA təxminən 50 milyon bilet satıb, lakin burada dörd həftə ərzində 1000 illik Dünya Çempionatı tarixinə bərabər müraciət aldıq. Bu, insanların orada olmaq, birlik nümayiş etdirmək istədiklərini göstərir", - deyə İnfantino bildirib.
Qeyd edək ki, 2026-cı il FIFA Dünya Çempionatı 11 iyun - 19 iyul tarixlərində üç ölkədə - ABŞ, Kanada və Meksikada keçiriləcək.
Bu mövzuda digər xəbərlər:2026 cı il FIFA dünya çempionatı qrup mərhələsinin püşkatmasının nəticələri
06 Dekabr 2025 00:05
Dünya çempionatı 2026 cı ildə Bakıda keçiriləcək
14 Sentyabr 2025 10:22
2026 cı il Dünya Çempionatı bilet sifarişlərinin sayına görə rekord vurdu
02 Yanvar 2026 14:31
Dünya çempionatı üçün rekord mükafat fondu FIFA açıqladı
17 Dekabr 2025 19:09
FIFA klubların dünya çempionatı 2025 TƏQVİM
16 İyun 2025 05:05
Baxış sayı:55
Bu xəbər 24 Yanvar 2026 13:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















