2026 cı il Olimpiadasında Azərbaycan hakiminin davranışı Kanadada diqqət cəlb edib
Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Azərbaycanı təmsil edən hakim 2026-cı il Olimpiya Oyunlarında kişilərin təkbətək qısa proqramındakı çıxışından sonra beynəlxalq mübahisələrin mərkəzindədir.
İdman.Biz-in məlumatına görə, tanınmış kanadalı idman jurnalisti Beverli Smit Azərbaycan nümayəndəsi Yuri Klyuşnikovun verdiyi ballara münasibət bildirib.
Rusiyalı fiqurlu konkisürən Pyotr Qumennik 86,72 xal toplayıb və hazırda 12-ci yerdədir. Lakin o, Azərbaycan hakimindən 96,96 xal alıb ki, bu da fərdi protokolda dördüncü yer deməkdir.
“2026-cı il Olimpiadasında kişilərin tək yarışlarında Azərbaycan hakiminin səsverməsi qəribədir. O, əvvəllər Ukraynanı təmsil edib. O, rusiyalı Qumenniki 4-cü (o, 12-ci), Eqadzeni 5-ci (15-ci), Şaydorovu 10-cu (5-ci) və Qoqolevi 16-cı (10-cu) yerə qoyub. Yeri gəlmişkən, ukraynalı Marsak rusiyalıdan bir pillə yuxarıdadır”, - deyə Smit X sosial media platformasında yazıb.
Qeyd etmək lazımdır ki, Azərbaycan fiqurlu konkisürəni Vladimir Litvintsev qısa proqramda 63,63 xalla sonuncu, 29-cu yeri tutub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:170
Bu xəbər 11 Fevral 2026 23:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















