2026 cı il Ukraynada müharibənin başa çatdığı il olmalıdır Britaniyanın müdafiə naziri
Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
2026-cı il Ukraynada müharibənin sona çatdığı il olmalıdır.
Bizim.Media xəbər verir ki, bunu Böyük Britaniyanın müdafiə naziri Con Hili “The Telegraph” qəzetində dərc olunan məqaləsində yazıb.
Hili vurğulayıb ki, o, Britaniya qoşunlarının Ukraynada yerləşdirilməsinə qərar verəcək müdafiə naziri olmaq istəyir. Onun sözlərinə görə, bu, “müharibənin nəhayət başa çatması” demək olacaq.
Nazir qeyd edib ki, Avropaya güclü və suveren Ukrayna lazımdır. O, həmçinin bildirib ki, Böyük Britaniya bu il Ukraynaya indiyədək ən yüksək səviyyədə hərbi dəstək göstərir və bununla fəxr edir.
Hili əlavə edib ki, ukraynalılar Rusiya təcavüzündən qorxmadıqlarını nümayiş etdiriblər. Onun sözlərinə görə, “Ukraynanın qorxduğu yeganə şey Qərbin yorğunluğudur”. Lakin prezident Volodimir Zelenskinin də bildiyi kimi, “Ukraynanın dostları heç vaxt yorulmayacaqlar”.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:179
Bu xəbər 22 Fevral 2026 19:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















