2026 cı il yaz sessiyasının qanunvericilik planı təsdiqləndi
Icma.az, Metbuat portalına istinadən məlumat yayır.
Milli Məclisin 2026-cı il yaz sessiyasının qanunvericilik işləri planı təsdiqlənib.
Metbuat.az xəbər verir ki, İş planının layihəsi parlamentin yaz sessiyasının bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.
Qeyd edilib ki, qanunvericilik işlər planına üç yeni qanun layihəsi daxil edilib.
Yaz sessiyası müddətində Dövlət Qulluğu Məcəlləsi, "Uşaq hüquqları haqqında" və 2025-ci ilin dövlət büdcəsinin icrası haqqında qanun layihəsinin qəbulu nəzərdə tutulub.
İş planına həmçinin Azərbaycan Prezidentinin, deputatların, Ali Məhkəmənin, seçki hüququ olan 40 min vətəndaşın, Prokurorluğun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihələri və qüvvədə olan müxtəlif qanunlarda dəyişikliklər edilməsi haqqında qanun layihələri daxil edilib.
Layihə müzakirələrdən sonra səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 02 Fevral 2026 12:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















