2026 cı ildə Dünyada İlin Avtomobili bəlli oldu: Zirvədə bir Alman nəhəngi
Icma.az, Milli.az portalına istinadən məlumat yayır.
Avtomobil dünyasının ən nüfuzlu mükafatlarından biri olan 2026 Dünya Avtomobil Mükafatları Nyu-York Avtomobil Sərgisində sahiblərinə təqdim edilib. 33 ölkədən 98 beynəlxalq avtomobil jurnalistinin səsverməsi ilə müəyyən edilən nəticələrə görə, bu ilin qalibi bir elektrikli avtomobil olub.
Milli.Az xəbər verir ki, tamamilə elektrikli BMW iX3 final yolunda Hyundai Palisade və yeni Nissan Leaf kimi güclü rəqiblərini geridə qoyaraq "Dünyada İlin Avtomobili" adını qazanıb. BMW-nin "Neue Klasse" (Yeni Sinif) memarlığı əsasında istehsal olunan bu model, təxminən 800 km məsafə qət etmə imkanı və ultra sürətli şarj xüsusiyyətləri ilə elektrikli mobillik standartlarını yuxarı daşıyır.
Gecədə müxtəlif kateqoriyalar üzrə fərqlənən modellər aşağıdakılardır:
Dünyada İlin Şəhər Avtomobili: Nio Firefly
Dünyada İlin Lüks Avtomobili: Lucid Gravity
Dünyada İlin Performans Avtomobili: Hyundai Ioniq 6 N
Dünyada İlin Avtomobil Dizaynı: Mazda 6e / EZ-6
Avtomobil dünyasına istiqamət verən şəxslərin də unudulmadığı mərasimdə, BMW-nin CEO-su Oliver Zipse, avtomobil sənayesinə verdiyi töhfələrə görə "İlin Adamı" mükafatına layiq görülüb.
Keçən il (2025) bu böyük mükafatı Cənubi Koreyanın KIA EV3 modeli qazanmışdı.
Lalə Qüdrətova
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:219
Bu xəbər 04 Aprel 2026 23:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















