Icma.az
close
up
RU
2026 cı ildə dünyanın taleyini dəyişəcək seçkilər (SİYAHI)

2026 cı ildə dünyanın taleyini dəyişəcək seçkilər (SİYAHI)

Qaynarinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

2025-ci ili müharibələr və böhranlarla geridə qoyan dünya, 2026-cı ildə seçki məntəqələrinə gedir. Banqladeşdən ABŞ-a qədər uzanan seçki təqvimi qlobal tarazlıqlara birbaşa təsir göstərəcək. 

2025-ci il müharibələr, zorakılıq hadisələri, korrupsiya iddiaları və dərinləşən qlobal böhranlarla yadda qaldığı halda, 2026-cı ildə beynəlxalq ictimaiyyətin gözü seçki məntəqələrində olacaq. Yeni ildə bir çox ölkə yalnız idarəçiliklərini deyil, həm də siyasi kurslarını və qlobal tarazlıqdakı mövqelərini yenidən müəyyənləşdirəcək.

Qaynarinfo xəbər verir ki, xüsusilə xalq üsyanlarının baş verdiyi, avtoritar idarələrin gücünü artırmağa çalışdığı və ya həssas siyasi proseslərdən keçən ölkələrdə keçiriləcək seçkilər fevral ayından etibarən dünya gündəmində ön sıralara çıxacaq.

12 fevral: Banqladeş - Hasinadan sonra ilk imtahanı

Banqladeş baş nazir Şeyx Hasinanın 2024-cü ilin avqustunda devrilməsindən sonra ilk dəfə seçki məntəqəsinə gedəcək. Son 15 ilə damğa vuran Hasinanın ölkədən qaçmasının ardından ordu 84 yaşlı Nobel Sülh Mükafatı laureatı Məhəmməd Yunusu müvəqqəti baş nazir təyin etmişdi.

Edam cəzası alan Hasinanın partiyası seçkidə iştirak edə bilməyəcək, bu müddətdə isə mühafizəkar və milliyyətçi partiyalar arasındakı yarış həlledici olacaq.

12 aprel: Macarıstan - Orban üçün kritik dönəm

Avropadakı sağçı populist idarələrin simvol ölkələrindən olan Macarıstan apreldə kritik bir parlament seçkisinə gedir. 2022-ci ildə səslərin 54%-ni qazanan Fidesz Partiyası və Viktor Orban gücünü möhkəmlətmişdi. Lakin Orbandan ayrılaraq Hörmət və Azadlıq Partiyasına keçən Peter Maqyar bu seçkidə güclü rəqib kimi çıxış edir. Sorğular müxalifətin öndə görünməsini göstərir ki, bu da Orban dövrünün təhlil edilməsinə səbəb olub.

31 may: Kolumbiya - Zorakılığın kölgəsində seçki

Cənubi Amerikada sağa yönəlişin davam edib-etməyəcəyi Kolumbiya seçkiləri ilə sınanacaq. Keçmiş solçu və hərb mənşəli prezident Qustavo Petro yenidən namizəd olmayacaq.

Senator Migel Uribe Turbayın sui-qəsdə məruz qalmasından sonra ölkədə təhlükəsizlik böhranı dərinləşib. Hakimiyyət İvan Çepedanı, müxalifət isə Sergio Fajardonu namizəd göstərib. Sorğular iki namizəd arasındakı yarışın başabaş keçəcəyini göstərir.

7 iyun: Ermənistan - Kimlik və yol axtarışı

Ermənistandakı seçkilərdə daxili siyasətlə yanaşı ölkənin beynəlxalq kimliyi də gündəmdə olacaq. Azərbaycanla davam edən sülh danışıqları, Moskvanın müdaxilələri və müxalifətlə, həmçinin kilsə ilə baş nazir Nikol Paşinyan arasındakı münaqişələr ölkənin gələcəyini ciddi şəkildə sual altına salıb. 

13 sentyabr: İsceç - Sağ-sol tarazlığı arasında

Avropadakı sağ dalğa baxımından kritik ölkələrdən biri İsveç olacaq. Mərkəz-sağçı baş nazir Ulf Kristersson rəhbərliyindəki hökumət, dəstə toqquşmaları, miqrasiya və vətəndaşlıq müzakirələri ilə yorularkən, Maqdalena Anderssonun Sosial-Demokratları sorğularda öndədir. Lakin sol blokdakı parçalanmış tablo diqqət çəkir.

4 oktyabr: Braziliya - Luladan sonrakı dövr

Braziliyada yalnız dövlət başçısı deyil, həmçinin Konqres və ştat qubernatorları da seçiləcək. İqtisadi yavaşlama, inflyasiya və cinayət nisbətinin artması seçicilərin əsas gündəmi olacaq, Luiz İnasio Lula da Silva isə dördüncü dövr üçün namizəd olmayacağını açıqlayıb. Həbs cəzası alan Jair Bolsonaro namizəd ola bilməyəcək, əvəzində onun oğullarının yarışa qatılması gözlənilir.

27 oktyabr: İsrail - Netanyahunun taleyi

Son illərdə siyasi sabitliyin simvoluna çevrilən İsrail yenidən seçki məntəqələrinə gedir. Baş nazir Binyamin Netanyahu müxalifətin dağınıq quruluşu sayəsində vəzifəsini qoruyacaq kimi görünür, lakin müharibə siyasətləri və daxili təzyiqlər beynəlxalq reaksiyaları artırıb. Ekspertlərə görə, Netanyahunun qarşısında hələ güclü alternativ formalaşmayıb.

3 noyabr: ABŞ - Tramp üçün referndum

ABŞ ara seçkiləri ənənəvi olaraq mövcud prezident üçün referenduma bərabər sayılır. Prezident Donald Tramp Nümayəndələr Palatasında əksəriyyəti qorumaq üçün xüsusilə Texas, Missouri və Şimali Karolina kimi ştatlara fokuslanıb. İqtisadi durğunluq və süni intellektin işçi qüvvəsinə təsiri müzakirə edilərkən, seçkidən çıxacaq nəticə Vaşinqtondakı siyasi gərginliyi müəyyən edəcək.

Aydın

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:338
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 04 Yanvar 2026 21:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see321

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see304

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see289

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see244

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see243

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see240

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see235

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see224

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see222

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see209

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see207

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see203

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see203

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see200

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see191

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see175

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see173

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see171

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see168

Rusiya dizeli ilə yüklənmiş ilk tanker yola düşdü

18 Oktyabr 2026 00:00see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri