2026 cı ildə nişanlanacaq şəxslərin nəzərinə
Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Həm dəbə uyğunlaşmaq, həm də xüsusi günündə gözəl/yaraşıqlı görünmək hər kəsin arzusudur.
Ölkə.Az xəbər verir ki, "Nişan məclisinə nə geyinmək lazımdır?" sualı bəzən gəlinlikdən daha çox düşündürür. Çünki bu zaman modellərlə yanaşı, rəng seçimi də saysız-hesabsıdır.
Odur ki, 2026-cı ildə nişanlanmağa hazırlaşanlar üçün bir neçə stil məsləhətini təqdim edirik:
1.Məkana görə seçim edin
Geyiminizin "ağırlığı" məkana mütənasib olmalıdır. Evdə daha səmimi və sadə bir atmosfer üçün axıcı şifon donlar, midi uzunluqlu modellər və ya zərif atlaz kostyum üstünlük təşkil edir. Qabarıq və naxışlı modellər ev şəraiti üçün "çox" ola bilər. Əgər nişan restoranda/şadlıq sarayında və ya hoteldə olacaqsa, əsl göstərişin yeridir. Balıq kəsim donlar, uzun quyruqlu modellər, daş-qaşla bəzədilmiş geyimlər və paltarlardakı yarıq detalına üstünlük verə bilərsiniz. Nişanınız həyətdə/bağda və ya dəniz kənarında olacaqsa, bohem şıqlığı üçün mükəmməl zamandır. Pastel tonlar, incə krujeva detalları və rahat hərəkət etməyə imkan verən A-kəsim modellər köməyinizə çatacaq.
2. Bədən tipinizə uyğun ideal kəsimi tapın
Hər bədən tipinə uyğun “ulduz” kəsim növü var.
Armud forması: Çiyinlərə diqqət çəkən qayıq yaxası və ya düşük çiyinli və aşağıya doğru genişlənən A kəsim modellər;
Qum saatı forması: Bel xəttini vurğulayan balıqquyruğu kəsimlər və ya bədənə oturan formalar;
Alma Forması: Sinə altından boş (Hellinistik) və ya V-yaxalı modellər.
3. 2026 rəng və parça trendləri
Bu il nişanlar üçün klassik qırmızı və tünd qırmızı rənglər daha zərif tonlarla əvəz olunur.
Transformativ firuzəyi - 2026-cı ilin favoriti olan bu dəniz-yaşıl qarışığı hər dəri tonuna zəriflik qatır.
Metallik əksetmələr: Gümüşü və şampan tonlarında atlaz parçalar müasir və dəbdəbəli bir görünüş təmin edir.
3D çiçək applikasiyaları: Xüsusilə yaz nişanlarında geyimlərə hərəkət qatan üçölçülü çiçək detalları çox populyardır.
4. Kişilər üçün nişan şıqlığı
Bəylər artıq geyim seçimi zamanı qara kostyumlarla məhdudlaşmırlar: tünd göy, tünd yaşıl və ya kömür çalarları daha müasir görünüş təqdim edir.
Yay nişanları üçün açıq rəngli kətan qarışıq pencəklər və jilet kombinasiyalarına üstünlük verilə bilər.
Əsas Qayda: Qalstuk və ya cib kvadratının gəlinin paltarına uyğunlaşdırılması artıq "köhnəlmiş" hesab olunur. Bunun əvəzinə eyni rəng ailəsindən bir çalar seçmək daha yaxşı görünür.
5. Aksessuar və ayaqqabı
Əgər paltarınız çox hərəkətli və bəzəklidirsə, aksessuarlarınızı minimum saxlayın. Sadə bir paltar seçmisinizsə, “ulduz” detal kimi böyük sırğalar və iddialı boyunbağı seçin. Unutmayın ki, bütün gecə ayaq üstə olacaqsınız, ayaqqabılarınız yalnız gözəl deyil, həm də axşama qədər rahat qalmağınız üçün paltformalı olmalıdır.
Billurə
Baxış sayı:39
Bu xəbər 03 Fevral 2026 20:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















