Icma.az
close
up
RU
2026 cı ilə banklar hansı maliyyə imkanları ilə başladı? ARAŞDIRMA

2026 cı ilə banklar hansı maliyyə imkanları ilə başladı? ARAŞDIRMA

Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycandakı banklar 2025-ci il (yanvar-dekabr) üzrə maliyyə göstəricilərini açıqlayırlar. 

Artıq 22 bankdan 22-si də maliyyə göstəricilərini açıqlayıb. Maliyyə göstəricilərini açıqlamış bankların hamısı 2025-ci ili mənfəətlə başa vurublar.

İlk baxışdan belə təəssürat yaranır ki, bütün banklarımızda hər şey qaydasındadır. Amma ötən illərin təcrübəsi göstərir ki, ixtiyari bank istənilən vaxtda müflis elan edilə bilər.
Elə isə 2026-cı ildə hansı banklarımızı təhlükə gözləyir?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib ki, 2025-ci il üzrə 22 kommersiya bankı mənfəətlərini açıqlayıb və hamısı ötən ildə xalis mənfəətlə işləyib:
“Bu, bank sektorunun 2025-də ümumilikdə müsbət maliyyə nəticələri göstərdiyini işarə edir. Bankların ümumi xalis mənfəəti artıb və qoyulan göstəricilər yaxşıdır. 2026-cı ildə Azərbaycan bankları üçün əsas perspektivlər belə görünür.
 

Ümumi mənfəət səviyyəsi yüksək qalmalıdır, çünki 2025-in nəticələri yaxşıdır. Bu il banklar kredit portfellərini böyütmək və gəlirlərini artırmaq istiqamətində yeni nəticələr qazana bilərlər. Mərkəzi Bankın pul-kredit siyasətindəki dəyişikliklər faiz dərəcələrinə və bankların əməliyyat gəlirlərinə təsir edə bilər.


Lakin beynəlxalq qiymətləndirici qurumların proqnozlarına görə, bankların mənfəətləri bir qədər zəifləyə bilər.
Bu da əsasən kredit zərərləri üçün ayırmaların artması və faiz marjasının daralması ilə bağlıdır. Buna baxmayaraq, ümumi rentabellik səviyyəsi yüksək səviyyədə qalmalıdır. Azərbaycan iqtisadiyyatının ümumi dayanıqlılığı və maliyyə sektorunun güclənməsi banklara daha sağlam əməliyyat mühiti verə bilər. Mərkəzi Bankın idarəetmə göstəricilərinin yaxşılaşması da banklara nəzarəti gücləndirmək üçün əlverişli şərait yaradır”.
“Bankların kredit portfeli kiçiləcək”
Müsahibimiz hesab edir ki, 2026-da Azərbaycan banklarında ümumi rentabellik yüksək qala bilər və mənfəətlərdə müəyyən səngimə proqnozlaşdırılır:
“Lakin ciddi geriləmə gözlənilmir. Faiz siyasəti və kredit risklərinə diqqət daha da artırılsa, banklar böyümə və innovasiya istiqamətində fəaliyyətlərini davam etdirə bilərlər.
Bankların fəaliyyətini axsadan və gəlirlərini azalmağa meyilləndirən tendensiya yalnız problemli kreditlərin artmasıdır. Bu meyil ötən ilin sonuna doğru zəifləməyə başlayıb.
Bu il Mərkəzi Bankın sərt qaydalar tələbi ilə problemli kreditlərin artmasının qarşısını almaq mümkün olacaq. Amma bu sərt qaydalar həm də bu il kredit portfelinin ümumən kiçilməsinə də vəsilə ola bilər. Çünki "dar gözlü" süzgəc daha az müştərinin kredit almasına gətirib çıxaracaq. Ümumilikdə isə 2026-cı ildə hər hansı bir bankı real təhlükə gözləmir”.

Surxay Atakişiyev, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:33
embedMənbə:https://bizim.media
archiveBu xəbər 22 Yanvar 2026 15:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see252

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see230

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see214

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see213

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see210

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see205

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see184

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see181

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see166

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see166

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see165

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see156

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see149

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see144

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see143

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see143

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see142

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri