Icma.az
close
up
RU
2026 cı ili borcsuz keçirmək istəyənlərin nəzərinə

2026 cı ili borcsuz keçirmək istəyənlərin nəzərinə

Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

2026-cı ildə borcsuz bir il keçirmək mümkündür. Bunun üçün əsas şərt düzgün maliyyə vərdişləri formalaşdırmaqdır.

Bakıvaxtı.az xəbər verir ki, maliyyə savadlılığı üzrə tövsiyələrə əsasən, borcdan uzaq qalmağa kömək edən yeddi əsas üsul var.

Kredit kartlarını ləğv edin: Kredit kartları rahat xərcləmə vərdişi yaradır və insanı daimi borc içində saxlayır. Kartları ləğv etdikdən sonra ilk aylarda çətinlik hiss olunsa da, qısa müddət ərzində kredit kartsız yaşamağa uyğunlaşmaq mümkündür.

Maaşdan mütləq yığıma pay ayırın: Hər ay maaşın ən azı 10-20 faizi yığıma yönəldilməlidir. Bu vəsait işsizlik, tibbi problem və ya fövqəladə hallar zamanı borc almaq əvəzinə dayaq rolunu oynayır.

İstəklərə görə yox, gəlirə görə xərcləyin: Xərcləmələr arzulara yox, real gəlirə uyğun olmalıdır. Xalq arasında deyildiyi kimi, "ayağını yorğanına görə uzatmaq" maliyyə sabitliyinin əsas şərtidir.

Xərcləri yazın və büdcə planı qurun: Xərclər qeyd olunmadıqda, lazımsız pul itkisini görmək mümkün olmur. Gündəlik və aylıq xərclərin yazılması büdcəyə nəzarəti gücləndirir və artıq xərcləri açıq şəkildə üzə çıxarır.

Bonus və əlavə gəlirləri xərcləməyin: Maaş artımı, bonus və ya evdə satılan hər hansı əşyadan əldə olunan gəlir gündəlik xərclərə yox, yığıma yönəldilməlidir. Bu vəsait zamanla şəxsi fövqəladə fondun formalaşmasına kömək edir.

Kart əvəzinə nağd ödəniş edin: Kartla ödəniş xərclərə nəzarəti çətinləşdirirsə, nağd ödənişə keçmək tövsiyə olunur. Nağd pul xərclənərkən məbləğ daha real hiss olunur və bu, qənaəti artırır.

Əlavə gəlir mənbəyi yaradın: Bacarıq və peşə sahəsinə uyğun əlavə gəlir mənbəyi formalaşdırmaq mümkündür. Kiçik biznes, xidmət göstərmək və ya ödənişli işlər illik gəlirə ciddi dəstək verə bilər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 05 Yanvar 2026 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see276

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see265

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see255

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see252

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see249

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see235

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see235

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see234

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see229

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see226

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see217

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see215

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see214

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see213

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see208

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see208

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see203

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see202

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see196

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri