2026 cı ilin birinci rübü ərzində “Çağrı Mərkəzi” 2597 zəng qəbul edib
Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
2026-cı ilin birinci rübü ərzində Energetika Nazirliyinin “Çağrı Mərkəzi” və “Qaynar xətt”i vasitəsilə 2597 zəng qəbul edilib.
XQ xəbər verir ki, daxil olan zənglərin 2196-sı elektrik və istilik enerjisi, təbii qaz təchizatı, 229-u təşəkkür xarakterli, 172-si isə digər məsələlərlə bağlı olub.
Hesabat dövründə qəbul edilən bütün zənglər operativ şəkildə cavablandırılıb, araşdırma tələb edən müraciətlər aidiyyəti üzrə nazirliyin müvafiq struktur bölmələrinə və ya tabeli qurumlara yönləndirilib, müraciət edən şəxslər araşdırmaların nəticələri barədə məlumatlandırılıb.
Qeyd edək ki, vətəndaşların müraciətlərinə baxılması işinin səmərəli təşkili məqsədilə Energetika Nazirliyinin “974” “Çağrı Mərkəzi” və (012) 598-16-55 “Qaynar Xətt”i fəaliyyət göstərir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 15 Aprel 2026 12:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















