Icma.az
close
up
RU
2026 cı ilin dövlət büdcəsi elan olundu: Hansı artımlar olacaq?

2026 cı ilin dövlət büdcəsi elan olundu: Hansı artımlar olacaq?

Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Maliyyə Nazirliyi 2026-cı ilin dövlət büdcəsinin ilkin göstəricilərini elan edib. Növbəti il üçün dövlət büdcəsinin gəlirləri 38.4, xərcləri isə 41.5 milyard manat proqnozlaşdırılır. Bu ilin büdcə proqnozları ilə müqayisədə fiskal gəlirlərimiz 0.2, xərclərimiz 0.3 faiz artacaq. 2026-cı ildə dövlət büdcəsinin kəsiri 3.1 milyard manat olacaq. Gəlir və xərclərə nisbətən büdcə kəsiri daha çox artacaq: 2.4 faiz.

Dövlət büdcəsində 1 barel xam neftinin qiyməti 65 dollar nəzərdə tutulur. Qlobal neft bazarındakı volatilliyi nəzərə aldıqda gələn il üçün 1 barel xam neftinin qiymətinin 65 dollar nəzərdə tutulması əvvəlki illərdən fərqli olaraq konservativ yanaşma hesab edilə bilməz. 1 barel xam neftinin qiyməti ilə bağlı əksər beynəlxalq təşkilatların proqnozları 50-60 dollar intervalında dəyişir.

Gələn ilin dövlət büdcəsinin gəlirləri ilə bağlı ən pozitiv məqamlardan biri qeyri-resurs gəlirlərinin ümumi daxilolmalarda payının 57.4 faiz proqnozlaşdırılmasıdır. Bu ölkəyə neft pulları daxil olduqdan sonra fiskal gəlirlərimizdə qeyri neft-qaz sektorunun payı ilə bağlı rekord səviyyədir. Bu il üçün bu göstərici 52.3 faiz nəzərdə tutulmuşdu. Bu isə o deməkdir ki, gələn il fiskal diversifikasiya siyasəti daha da dərinləşəcək və neft sektorunun ümumi gəlirlərdə payı azalacaq. Bu isə neftdən asılılığın minimumlaşdırılması baxımdan təqdirəlayiqdir.

Gələn il müdafiə və milli təhlükəsizlik üçün 8.7 milyard manat ayrılacaq. İqtisadi fəaliyyətə isə 7.6 milyard manat xərclənəcək. Sosial müdafiə və sosial təminat üçün isə 4.8 milyard manat nəzərdə tutulur. Sosial müdafiə və sosial təminat üzrə xərclərinin büdcədə xüsusi çəkisi 11,7 faiz proqnozlaşdırılır. Növbəti il sosial müdafiə və sosial təminat üzrə xərclər 2025-ci illə müqayisədə 121 milyon manat, yaxud 2,54 faiz qədər çox olacaq. Qeyd edək ki, bu maddə üzrə xərclər birbaşa sosial təminat xərclərdir. Bütövlükdə, gələn il sosial xərclərin ümumi büdcə xərclərinin 40 faizindən çoxunu təşkil edəcəyi gözlənilir.

Gələn il hansı artımların olacağına gəldikdə isə mövcud qanunvericiliyə əsasən 2026-cı ilin yanvarından etibarən bütün növ əmək pensiyaları indeksləşdirilərək artırılacaq. Bu 1 milyon 100 min vətəndaşımızı əhatə edəcək. Bu xərclər büdcədə nəzərə alınacaq. Digər istiqamətlər üzrə mənzərə isə detal büdcə göstəriciləri ilə bağlı məlumatlar təqdim olunduqdan sonra aydın olacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 16 Sentyabr 2025 11:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri