2026 cı ilin payızında bu geyim dəbdə OLACAQ
Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.
1970-ci illərin dəbini xatırladan yumşaq, məxməri səthə malik dəri şalvarlar 2026-cı ilin payızında yenidən dəbdə olacaq.
Redaktor.az xəbər verir ki, bu haqda "Vogue" jurnalında məlumat yayımlanıb.
Yumşaq, məxməri səthə malik dəri şalvarlar 1960-1970-ci illərdə məşhurlaşıb. Bu geyimin populyarlığının artmasında ingilis-fransız aktrisa və müğənni Ceyn Birkinin də rolu olub. O, geniş yumşaq, məxməri səthə malik dəri şalvarları sadə mayka, futbolka və ya bluzka ilə geyinirdi.
Hazırda isə dəb həvəskarları daha çox açıq rəngli və ya düz ayaqlı yumşaq, məxməri səthə malik dəri şalvarlara üstünlük verirlər.
Mütəxəssislər bu şalvarları qəhvəyi, krem və xaki rənglərində geyinməyi, həmçinin qırmızı və sarı kimi parlaq rəngli bluzlarla kombin etməyi tövsiyə edirlər.
Aytəkin TOFİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 28 İyul 2026 17:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















