2026 cı ilin payızının əsas saç kəsimi
Icma.az bildirir, Lent az saytına əsaslanaraq.
Hamar saçlar, dəqiq kəsim və minimum saç düzümü 2026-cı ilin payızında həndəsi formalı saç kəsimləri yenidən dəbə qayıdır.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Fransanın “Vogue” jurnalının redaktorları “japanese bob” adlanan yapon bobunu 2026-cı ilin payızının əsas trendlərindən biri adlandırıblar.
Bu saç kəsimi sərt və dəqiq forması, eləcə də düz kəsim xətti ilə seçilir. Nəticədə mürəkkəb saç düzümünə ehtiyac olmadan səliqəli və yığcam görünüş yaranır. Saçın uzunluğu adətən çənə xəttindən körpücük sümüyünə qədər dəyişir. Saç telləri demək olar ki, lay-lay kəsilmir, ucları isə üzə doğru bir qədər içəri yönəldilə bilər.
Dağınıq bobdan fərqli olaraq, yapon bobunda simmetriya, hamarlıq və saçın təbii parlaqlığı əsas rol oynayır. Yapon bobu xüsusilə düz və yüngül dalğalı saçlara sahib olanlara uyğundur. Saçın uzunluğunu üz formasına uyğun seçmək mümkündür.
“Vogue” dairəvi üz formasına sahib olanlara çənədən aşağı düşən variantı, kvadrat üz formasına sahib olanlara isə körpücük sümüyünə qədər olan uzunluğu tövsiyə edir. Bu saç kəsimini düz kəkillə də tamamlamaq mümkündür.
Saç düzümünün dəqiq formasını qorumaq üçün bərbərlər kəsimin hər 6-8 həftədən bir yenilənməsini məsləhət görürlər. Gündəlik saç düzümü üçün isə hamarlayıcı vasitə və düz fırça ilə fenləmə kifayətdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 20 Oktyabr 2026 13:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















