Icma.az
close
up
RU
2026: Naxçıvan üçün məsuliyyət və imkan ili FOTO

2026: Naxçıvan üçün məsuliyyət və imkan ili FOTO

Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Düşünürəm ki, Yeni il Naxçıvanda sadəcə təqvim dəyişməsi deyil – 2026-cı il muxtar respublika üçün məsuliyyət və nəticə ili olacaq. Çünki qarşıya qoyulan vəzifələr daha da böyüyüb, hər bir addımın nəticəsi ön plana çıxır.
 

Bu il Naxçıvan üçün dayanmadan işləmək, gecikmiş layihələri icraya yönəltmək və real uğurlar yaratmaq ili olacaq; hər qərar, hər təşəbbüs bu qədim və zəngin tarixli diyarın tərəqqisinə xidmət etməlidir.


Təhlillər göstərir ki, bu il Naxçıvan üçün yalnız inkişafa yönələn məsuliyyət ili deyil, həm də hesabat ili olacaq. İcra olunan layihələr, görülən işlər dövlət başçısı qarşısında qiymətləndiriləcək və uğur yalnız konkret nəticələrlə ölçüləcək.
Sahibkarların etimadı və dövlət dəstəyi
Artıq 2026-cı ilin başlanğıcı ilə bağlı sahibkarlar da öz etimadını ifadə ediblər.
 

Naxçıvan Sahibkarlar Konfederasiyasının Prezident İlham Əliyevə ünvanladığı təşəkkür məktubunda vurğulanır ki, vergi və gömrük güzəştləri, biznes mühitinin yaxşılaşdırılması sahibkarlara yeni imkanlar yaradacaq, muxtar respublikanın iqtisadi potensialını gücləndirəcək.


Məktubda həmçinin qeyd olunur ki, yaradılmış əlverişli şərait və verilən imtiyazlar yerli istehsalın genişlənməsi və yeni iş yerlərinin yaradılması üçün vacibdir.
Dekabrın 11-də Naxçıvana yeni təyin edilmiş səlahiyyətli nümayəndə Ceyhun Cəlilovun sahibkarlarla keçirdiyi görüşdə də eyni mesaj verildi: 2026-cı ildən etibarən 10 illik vergi, gömrük və sosial güzəştlər tətbiq olunacaq və bu, iqtisadi dinamizmin artırılması üçün strateji addımdır.
İnfrastruktur və tranzit: strateji perspektivlər
Naxçıvanda dəmir yolu xətlərinin yenilənməsi və Zəngəzur dəhlizinin reallığa çevrilməsi region üçün yeni inkişaf imkanları açır. Bu dəhliz yalnız turizmi deyil, həm də ticarət, ixrac və investisiya mühitini canlandırır. Sahibkarlar üçün işgüzar imkanlar artacaq, yeni layihələr üçün şərait yaranacaq.
Prezidentin dəfələrlə vurğuladığı kimi: “Nəqliyyat və logistika olmayan yerdə davamlı inkişafdan danışmaq mümkün deyil”
Logistika və tranzit imkanlarının genişlənməsi məhsulun bazarlara çıxış sürətini artıracaq, daşınma xərclərini 25–30 faiz azaldacaq və muxtar respublikanın rəqabət qabiliyyətini yüksəldəcək. Bu perspektiv yalnız infrastrukturla bitmir – strateji idarəetmə və uğurlu kadr siyasəti də bu imkanlardan maksimum istifadə üçün həlledici faktordur.
Sənaye: Naxçıvanın strateji sektoru
Naxçıvanın iqtisadi inkişafında sənaye sektoru xüsusi yer tutur. Təbii sərvətlər, daş düz, mineral sular, tikinti materialları və digər emal sənaye sahələri iqtisadiyyatın dayanıqlı dayaqlarıdır.Bu baxımdan “Cahan-Holding” və “Arkoz” kimi köklü müəssisələrin fəaliyyətinin Naxçıvanda yenidən təşviq olunması və yolunun açılması strateji əhəmiyyət daşıyır.
 

Belə bir addım yalnız istehsalın artırılmasına deyil, həm də minlərlə yeni iş yerinin yaradılmasına və bölgədə məşğulluğun yüksəlməsinə səbəb olacaq. Eyni zamanda, bu şirkətlər Naxçıvanın ixrac potensialını genişləndirərək regionun iqtisadi müstəqilliyini möhkəmləndirəcək.


Sənayenin inkişafı həm də kənd təsərrüfatı və digər sektorlara əlavə imkanlar açır: yerli xammalın emalı, yüksək əlavə dəyərli məhsulların istehsalı və ixrac bazarlarına çıxışı artırır. Bu baxımdan emal sənaye sahələrində investisiyaların artırılması, mövcud müəssisələrin dəstəklənməsi və dövlət siyasətinin çevik olması strateji əhəmiyyət daşıyır.
Kadr siyasəti: uğurlu inkişafın dayağı
İnkişafın sürəti yalnız infrastruktura və güzəştlərə bağlı deyil. Qarşıya qoyulan vəzifələrin icrası, proqramların vaxtında nəticə verməsi uğurlu kadr islahatlarından birbaşa asılıdır.
 

Naxçıvanın idarəetmə sisteminə təcrübəli, məsuliyyətli və bacarıqlı kadrların cəlbi həlledici amildir. Bu, yalnız qərarların vaxtında və düzgün icrası üçün deyil, həm də sahibkarlar və dövlət arasında etimadın möhkəmləndirilməsi üçün vacibdir.


2026-cı il həm də yeni liderlərin və idarəçi kadrların sınanması ili olacaq: onlar yalnız plan hazırlamalı deyil, onu icraya yönəltmək və hesabatlılığa nail olmaq üçün məsuliyyət daşıyacaq.
Kənd təsərrüfatı: məhsuldarlıq və dəyər zənciri
Su ehtiyatlarının məhdudluğu kənd təsərrüfatında yeni yanaşmanı zəruri edir. Tütünçülük və üzümçülük kimi az su tələb edən, iqlimə uyğun və ixrac potensialı olan sahələr prioritet olmalıdır. Ayrılan subsidiyaların bölgüsündə isə şəffaflıq əsas götürülməlidir.
 

Amma məqsəd yalnız əkin deyil, emal, qablaşdırma və bazara çıxış imkanlarını yaratmaqdır. Düzgün emal qurulduqda, üzüm və tütün məhsullarının əlavə dəyəri xammal satışına nisbətən 2–3 dəfə artıq ola bilər.


Bu həm məşğulluğu artırar, həm də Naxçıvan brendinin formalaşmasına xidmət edər.
Hesabat ili: dayanmadan nəticə yaratmaq
Ötən illərdə qəbul edilmiş, lakin ləng icra olunan proqramlar artıq kağız üzərində qalmaqdan çıxmalıdır. 2026-cı il bu baxımdan hesabat və nəticə ilidir. Ayrılan vəsaitlər, qəbul edilən qərarlar və tətbiq olunan güzəştlər konkret nəticələrlə ölçülməlidir.
İnfrastruktur, sahibkar, kadr siyasəti, sənaye və kənd təsərrüfatı sahəsində kompleks yanaşma ilə Naxçıvan 2026-cı ili dayanmadan işləyərək real nəticələr yaratmaq ili kimi yadda saxlamalıdır. İmkanlar yaradılıb, indi söz icradadır.
 

Unutmayaq ki, Naxçıvan – Azərbaycanın ürəyi, strateji mövqedə yerləşən və üç xarici dövlətlə sərhədini bölüşən qədim diyardır. Zəngəzur işğalı ilə üzləşdiyi bir əsrdən artıq blokadaya baxmayaraq, bu torpaq öz mədəniyyəti, tarixi və ruhu ilə daim ucalıb.


Ona görə də Naxçıvanın çiçəklənməsi yalnız bölgənin deyil, bütövlükdə dövlətimizin güclənməsinin əsas prioritetidir. Hər addımı ilə bu diyar Azərbaycanın tərəqqisinin, dayanıqlı rifahının və gücünün simvolu kimi parlamalıdır.

Sahil Tahirli

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:262
embedMənbə:https://bizim.media
archiveBu xəbər 05 Yanvar 2026 00:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see569

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see527

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see368

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see273

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see271

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see247

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see246

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see239

Bu şəxslərə dərman və həkim müalicəsi pulsuz olacaq

25 Noyabr 2026 09:39see236

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see234

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see215

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see213

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see210

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see209

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see206

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see205

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see204

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see203

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see198

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri