2026/2027 ci tədris ili üzrə xaricdə təhsillə bağlı sənəd qəbulu başlayır
Newscenter.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Bu gündən Dövlət Proqramı çərçivəsində yeni tədris ili üzrə sənəd qəbulu başlayır.
Newscenter.az xəbər verir ki, bu barədə Dövlət Proqramı İdarəetmə Qrupu məlumat yayıb.
Qeyd olunub ki, "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı" çərçivəsində 2026/2027-ci tədris ili üçün dünyanın nüfuzlu universitetlərinin bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə sənəd qəbulu bu gündən açıq elan olunur.
Sənəd qəbulu üçün son tarix iyunun 5-i saat 18:00-dır.
Xatırladaq ki, yanvarın 12-də Dövlət Proqramı çərçivəsində təsdiqlənmiş ali təhsil müəssisələri və təhsil proqramlarının yenilənmiş siyahısı ictimaiyyətə təqdim olunub. Proqrama müraciət üçün əsas şərtlərdən biri məhz sözügedən siyahıda yer alan proqramlardan biri üzrə qəbul sənədinin əldə edilməsidir.
Müvafiq siyahıda yer alan təhsil proqramları ilə yanaşı, "Times Higher Education", "QS World University Rankings" və "Academic Ranking of World Universities (Shanghai)" reytinq sistemində yalnız "universitetlər üzrə top 10"da yer almış ali təhsil müəssisələri tərəfindən təqdim olunan, siyahıda yer almayan istənilən ixtisas sahəsi üzrə bakalavriat, magistratura və doktorantura proqramlarına qəbul almış şəxslər mövcud istisnalar nəzərə alınmaqla Dövlət Proqramına müraciət edə bilərlər. Bu il "TOP 10" sıralamasında yer alan ali təhsil müəssisələrinə və doktorantura səviyyəsinə münasibətdə dəyişikliklər mövcuddur. Həmin dəyişikliklərlə tanış olmaq üçün müvafiq siyahının üzərindəki qeydlərə nəzər yetirməyiniz tövsiyə olunur.
Süleyman
Bu mövzuda digər xəbərlər:Dövlət Proqramı çərçivəsində 2026 2027 ci tədris ili üzrə sənəd qəbuluna başlanılır
15 Aprel 2026 11:02
2026 2027 ci tədris ili üzrə Dövlət Proqramına sənəd qəbulunun başlama tarixi açıqlanıb
16 Fevral 2026 10:51
İnşaat Kollecində 2026/2027 ci tədris ili üzrə qəbul göstəriciləri açıqlanıb
14 Sentyabr 2026 15:06
2026 2027 ci tədris ili üçün ümumi təhsil müəssisələrinin tədris planları təsdiqlənib
16 Sentyabr 2026 11:03
“9 11 Hazırlıq Məktəbi”nə 2026/2027 tədris ili üzrə qəbul başladı!
29 Yanvar 2026 10:04
Baxış sayı:205
Bu xəbər 15 Aprel 2026 10:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















