2026cı ildə Azərbaycanda Ümumdünya Şəhər Forumu və Ümumdünya Ətraf Mühit Günü keçiriləcək
Icma.az, Xalqcebhesi saytına istinadən bildirir.
Növbəti Ümumdünya Şəhər Forumu (WUF13) və Ümumdünya Ətraf Mühit Günü 2026-cı ildə Azərbaycanda keçiriləcək.
APA xəbər verir ki, bunu COP29-da çoxsəviyyəli və çoxsektorlu iqlim fəaliyyəti üzrə yüksək səviyyəli açılışda çıxış edən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri cənab Anar Quliyev deyib.
“Azərbaycan qürurla 2026-cı ildə keçiriləcək WUF13-ə ev sahibliyi edəcək və biz Şəhər İqlim Fəaliyyəti üzrə Xüsusi Nümayəndə institutunu təsis etməkdən və öhdəliklərimizin əyani nəticələr yaratmasına yönəlik praktiki tədbirlər görməkdən məmnun olacağıq. Bu baxımdan mən Bakı Davamlılıq Koalisiyasının yaradılmasını xüsusi olaraq vurğulamağıma qürur duyuram. Biz bu qrupdakı həmkarlarımıza - Misir, Birləşmiş Ərəb Əmirlikləri, Braziliya və BMT-Habitat-a təşəkkürümüzü bildiririk” - Anar Quliyev əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 20 Noyabr 2024 09:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















