Icma.az
close
up
RU
2026‑cı ildə Azərbaycanın avtomobil bazarında vəziyyət necə olacaq?

2026‑cı ildə Azərbaycanın avtomobil bazarında vəziyyət necə olacaq?

Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Avtomobil bazarında qiymət dəyişiklikləri təkcə daxili amillərlə deyil, eyni zamanda beynəlxalq bazarlardakı proseslərlə də bağlıdır. Qlobal metal qiymətlərinin artımı, təchizat zəncirindəki problemlər və ABŞ-Çin qarşıdurması bu sahəyə təsir edir. 2026-cı ildə avtomobil qiymətlərinin hansı istiqamətdə dəyişəcəyi və hansı növ avtomobillərin bahalaşma ehtimalının daha yüksək olduğu maraq doğuran suallardandır. 

2026-cı ildə avtomobil bazarında qiymətlər hansı istiqamətdə dəyişəcək: bahalaşma davam edəcək, yoxsa ucuzlaşma ehtimalı var? 

Moderator.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Adil Nəbiyev bildirib ki, avtomobillərin 2026-cı ildə bahalaşması gözlənilir. Onun sözlərinə görə, ehtiyat hissələri, xammal, çiplər və elektronikanın qiymətləri yüksəlir, buna görə avtomobillərin ucuzlaşması mümkün deyil.

“Qiymətlər həm elektrikli, həm hibrid avtomobillərdə artacaq. Düzdür, elektrik avtomobillərə tələbat keçən ilə nisbətən təxminən iki dəfə azalıb, amma hibrid avtomobillərdəki qiymət artımı digər növlərə də təsir göstərəcək. Yeni avtomobillərin qiymətlərinin bahalaşması ikinci əl bazarına da öz təsirini göstərəcək. Məsələn, Çin istehsalı avtomobillər əvvəlcə ucuz idi və kütləvi şəkildə alınırdı, indi isə qiymət artımı ikinci əl bazarında da fərqi hiss etdirəcək”, – deyə ekspert əlavə edib.

Nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov isə bildirib ki, 2026-cı ildə Azərbaycanda avtomobil bazarında sovet və MDB ölkələri istehsalı avtomobillər yenə maraq dairəsində qalacaq və qiymətləri sabit qalacaq:

“Çin istehsalı avtomobillərdə də bu tendensiya davam edəcək. Ölkədə daha çox xarici ölkələrdən gətirilən modellərə üstünlük veriləcək. Elektromobillərdə 2026-cı ilin yanvar ayına planlaşdırılan güzəştlərin bitməsi  qiymətlərin artmasına ciddi təsir göstərməyəcək. Sadəcə fürsətçi şəxslər bəzi hallardan sui-istifadə edərək qiymətləri qismən yüksəldə bilərlər. Əsasən yaz və yay aylarında alıcıların marağı artır, insanlar avtomobil almağa daha çox üstünlük verir və bunun nəticəsində qiymətlər yaya doğru qismən bahalaşa bilər”.

Mehin Mehmanqızı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:164
embedMənbə:https://moderator.az
archiveBu xəbər 17 Dekabr 2025 14:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri