2027 ci ilin büdcə zərfinin hökumətə təqdim olunması üçün tapşırıqlar verilib
525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bu gün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə keçirilən iclasın gündəliyində cari iqtisadi vəziyyət və 2026-2030-cu illər üzrə yenilənmiş makroiqtisadi proqnozlar, 2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin proqnoz layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, 2027-2030-cu illərdə büdcə siyasətinin əsas məqsəd və hədəfləri, Ortamüddətli Xərclər Çərçivəsi, maliyyə-bank sektorunda cari vəziyyət və siyasət istiqamətləri və digər məsələlər ətraflı müzakirə olunub.
525.az bu barədə Nazirlər Kabinetinə istinadən xəbər verir.
Məlumata görə, iclasda iqtisadiyyat naziri Mikayıl Cabbarovun, maliyyə naziri Sahil Babayevin və Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımovun məruzələri dinlənilib. Təqdim olunan gündəliyə dair İqtisadi Şuranın üzvləri və iclasa dəvət olunanlar müzakirələr aparıb.
İclasın yekununda İqtisadi Şuranın üzvlərinin rəy və təklifləri nəzərə alınmaqla 2027-cı ilin büdcə zərfinə daxil olan bütün sənəd və məlumatların Nazirlər Kabinetinə təqdim olunması ilə bağlı aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:163
Bu xəbər 11 Sentyabr 2026 16:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















