Icma.az
close
up
RU
2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

Icma.az, Qaynarinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Dünyada baş verən qlobal dəyişikliklər, qeyri-sabit mühit və təchizat zəncirindəki qırılmalar Azərbaycanın iqtisadi inkişafla bağlı prioritetlərini, hədəflərini yenidən formalaşdırmağa sövq edir. Bu çağırışlar fonunda iqtisadi inkişafla bağlı gələcək illərdə prioritet sayıla biləcək sahələrə xüsusi diqqət yetirilir. Konkret müddət və hədəfləri özündə əks etdirən dövlət proqramları qəbul olunur. Bəs Azərbaycan iqtisadiyyatının gələcək hədəfləri hansı sahələrdir?

Qaynarinfo mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Yaxın illərin əsas inkişaf istiqamətləri

Öncə onu qeyd edək ki, prioritet istiqamətlər üzrə qəbul edilən ayrı-ayrı dövlət proqramları yaxın bir neçə ili hədəfləyir. Son tarix əksər hallarda 2030-cu il nəzərdə tutulur.

Prezident İlham Əliyevin 30 may 2025-ci il tarixli Sərəncamı ilə 2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası və Böyük Qayıdışa dair II Dövlət Proqramının layihələrinin hazırlanmasına başlanılıb. Sənədlər İqtisadi Şurada müzakirə olunaraq Azərbaycan Prezidentinə təqdim edilib. Sərəncamda da qeyd edilir ki, əsas hədəf ölkəmizin ötən illərdə əldə etdiyi sosial-iqtisadi nailiyyətlərin davamlı şəkildə artırılması, bunun üçün özəl, o cümlədən birbaşa xarici investisiyaların cəlbinin genişləndirilməsi, biznes mühitinin əlverişliliyinin yüksəldilməsi, iqtisadiyyatın bilik və texnologiya tutumunun gücləndirilməsi, həmçinin işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışın davamlılığının təmin edilməsidir. Sərəncamda prioritet sektorlar üzrə müvafiq Dövlət Proqramlarının qəbulunun vacibliyi ön plana çəkilib. Buraya kənd təsərrüfatının inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı, Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı, turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı, dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı (2027–2030) daxildir. Mövcud sahələr üzrə daha konkret və aydın proqnozların hazırlanması və məlumatlara çıxışın əldə edilməsi məqsədi ilə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramının hazırlanması da prioritet elan edilib.

Aqrar sektorda artım gözləntiləri

“Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” 2026-cı ilin may ayında təsdiq edilib. Proqramın əsas hədəfləri aşağıdakılardır:

- Kənd təsərrüfatı üzrə ÜDM-in 2% və ya daha çox artırılması.

- Aqrar məhsulların ixracının altı milyard dollara çatdırılması.

- 5,9 milyard manat vəsait investisiya olaraq yatırılması.

- 300 min hektar sahədə müasir suvarma sistemlərinin tətbiqi.

- Buğda və pambıq üzrə məhsuldarlığın hər hektara 50 sentnerə yüksəldilməsi.

- Damazlıq iribuynuzlu heyvanların xüsusi çəkisinin 10%-ə çatdırılması.

- Ət, süd və quş əti istehsalının 20–30% artırılması.

- Akvakultura məhsulları istehsalının 7,700 tona çatdırılması.

Turizmdə 12,2 milyardlıq hədəf

Prezident İlham Əliyevin 20 avqust 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” ölkədə turizm sektorunun sistemli inkişafını və qeyri-neft iqtisadiyyatının şaxələndirilməsini hədəfləyir. Proqrama əsasən, 2030-cu ilə qədər ölkəyə gələn xarici turistlərin illik sayının 3,8 milyon nəfərə çatdırılması nəzərdə tutulur. Azərbaycanda üç yeni turizm və rekreasiya zonası yaradılacaq və bu zonaların hər birində ən azı üç turizm mərkəzi qurulacaq. Hər il ən azı bir yeni hədəf turizm istiqaməti üzrə birbaşa uçuşlara başlanılacaq və proqramın sonunadək bu istiqamətlərin sayı azı dördə çatdırılacaq. Mövcud uçuş tezlikləri 20% artırılacaq. Azərbaycan hər il azı 20 beynəlxalq turizm sərgisində təmsil olunacaq və xarici turoperatorların sayının 10% artırılmasına nail olunacaq. 2030-cu ilə qədər turizm üçün xarakterik sahələrdə yaradılmış əlavə dəyərdə təxminən 40 % real artım hədəflənir. Gələn il sektorda 8,5 milyard manatlıq əlavə dəyər formalaşdırılacaq. Bu rəqəmin 2030-cu ildə 12,2 milyard manata çatdırılması gözlənilir.

Dağ-mədən sənayesi

“Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair 2027–2030-cu illər üçün Dövlət Proqramı” sentyabrda Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənib. Proqramın əsas hədəfləri aşağıdakılardır:

- Sektorun illik ixrac potensialının 2030-cu ilədək 1,3 milyard manatdan 3,4 milyard manata (2,6 dəfə) çatdırılması.

- Sənaye zəncirinin hasilatdan başlayaraq dərin emala və son məhsul istehsalına qədər ölkə daxilində tam qapalı dövrədə qurulması.

- Mineral resurslardan səmərəli istifadə edilməsi və yeni yataqların iqtisadi dövriyyəyə cəlb olunması.

- Yerli zənginləşdirmə və emal müəssisələri vasitəsilə yüksək əlavə dəyərli sənaye məhsullarının yaradılması.

- Regionların sosial-iqtisadi inkişafına töhfə verməklə yeni iş yerlərinin yaradılması və məşğulluğun artırılması.

- "Made in Azerbaijan" brendinin qlobal metallurgiya bazarında mövqeyinin və rəqabət gücünün artırılması.

Davamlı, sabit və proqnozlaşdırılan iqtisadi inkişaf

Dövlət proqramlarında əksini tapan hədəflərdən da göründüyü kimi, yaxın illərdə Azərbaycan iqtisadiyyatının əsas hərəkətverici qüvvəsi məhz qeyri-neft-qaz sektoru olacaq. İqtisadi inkişafın məhz bu istiqamətlər üzrə daha da sürətləndirilməsi və davamlılığın təmini gözlənilir. Təbii ki, digər ənənəvi sahələr də diqqət mərkəzindədir. Həm dövlət proqramları ilə inkişafı hədəflənən, həm də mövcud çağırışlar fonunda güclü sərmayə dəstəyi ilə inkişaf etdirilən sahələrin vahid xətt üzrə inkişafı, fəaliyyətlərin koordinasiyası mühüm şərtlərdəndir. Hədəf isə davamlı, sabit və proqnozlaşdırılan iqtisadi inkişafdır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:237
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 04 Oktyabr 2026 09:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1429

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see709

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see558

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see480

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see470

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see459

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see446

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see412

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see389

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see350

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see315

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see302

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see297

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see292

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see287

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see284

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see269

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see266

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see266

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see265
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri