Icma.az
close
up
RU
2030 cu ildə 2 ramazan ayı olacaq

2030 cu ildə 2 ramazan ayı olacaq

Icma.az, Avtosfer saytına istinadən bildirir.

2030-cu ildə müsəlmanlar 2 dəfə oruc tutmalı olacaqlar.  Əslində burada heç bir fövqəltəbii hal yoxdur. 

Avtosfer.az xəbər verir ki, qəməri təqvim miladi təqvimdən 10 gün qısadır. Bu səbəbdən hər il ramazan ayı 10-11 gün geriyə düşür. Ay təqvimində 1 il 354 və ya 355 gündür. Bu səbəbdən 2030-cu ildə ilk ramazan yanvarın 6-da başlayaraq fevralda bitəcək.

İkinci ramazan isə dekabrın son həftəsində başlayaraq 2031-ci il dekabrın 25-də başlayıb 2031-ci il yanvarın 23-də bitəcək.

Bu hadisədə heç bir mistika yoxdur, sadə astronomik fenomendir. Bu hal 33 ildə 1 dəfə baş verir.  Daha əvvəl belə hal 1997 və 1965-ci illərdə olub. Növbəti dəfə isə 2030-cu və 2065-ci illərdə baş verəcək. 

İndi də bir qədər ramazan ayının astronomik üsulla hesablanması barədə. 2020-ci ildə Fransada ramazan ayının başlanğıcı astronomik yolla hesablanmağa başladıqda jurnalistlər Paris məscidinin imamına belə bir sual vermişdilər: nə üçün indiyədək rəsədxana məlumatlarından istifadə etmirdiniz?

Baş imam (nəzərə alaq ki, imam elmlər doktorudur) belə cavab vermişdi: səfehliyin izahı yoxdur. 
İmam bu yolla təfriqə salanlara, orucu 1 gün gec başlayanlara üstüörtülü cavab vermişdi. Vaxtilə Ayı görmək üçün Parisin az sayda olan hündür binalarının   üstündə keşik çəkənlər çox idi ki, bu da rişxənd hədəfi olurdu.

Belə bir ikitirəliyə vaxilə fizika üzrə beynəlxalq konfransa dəvət edilən afrikalı ilahiyyatçılardan biri maraqlı cavab vermişdi. İlahiyyatçı bir qədər sərt şəkildə bildirmişdi ki, “sağdakı və soldakı saat qurşaqlarında yerləşənlər bayram edərkən kimsə Ayın doğmasını gözləyirsə, ya təfriqəçi, ya da kütbeyindir. Hər 2 vəziyyətin təmsilçilərinin heç bir səmavi dində yeri yoxdur”. Bu açıqlamanı konfrans iştirakçıları ayaq üstə alqışlamışdılar.

Ramazan ayının astronomik yolla təyininə gəlincə: bu gün istənilən astronom 10 il sonra ayın nə vaxt başlayıb bitəcəyini tam dəqiqliklə hesablaya bilər. O ki qaldı Ayın görünməsinə, bunu da aylarla əvvəldən hesablamaq mümkündür. 

Vizual görünməyə gəlincə, infraqırmızı teleskoplar Ay üfüqdən qalxdıqdan 3 saniyə sonra onu görə bilir. Həm də istənilən hava şəraitində. Halbuki, yağışlı, buludlu və dumanlı havada Yerin yeganə təbii peykini bəzi ərazilərdə günlərlə görmək mümkün olmur. İnsan gözünün naqisliyi səma cisimlərinin hərəkət periodikliyinə heç bir halda təsir etmir.
Vüqar

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 23 Mart 2025 15:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see297

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see292

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see283

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see270

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see263

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see259

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see245

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see234

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see228

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see220

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see214

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see213

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see213

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see209

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see204

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see195

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see195

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see195

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see182

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri