2034 mundialı qışda keçiriləcək? İdman və Biz
Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.
2034-cü ilin futbol üzrə dünya çempionatı yanvar ayında təşkil edilə bilər.
İdman.biz xəbər verir ki, FIFA gələn həftə keçiriləcək konqresində 2030 və 2034 mundiallarının ev sahiblərini təsdiqləyəcək.
Yeganə namizəd kimi "2034 FIFA World Cup" yarışının Səudiyyə Ərəbistanında olacağı artıq məlumdur. “The Sun” qəzeti yazır ki, 2034 mundialı da təqvim baxımından Qətər-2022-ni xatırladacaq.
Qeyd edək ki, körfəz ölkələrində yayda 45 dərəcəyə çata bilən həddindən artıq istilər səbəbindən dünya çempionatının qışda keçirilməsi qərarının veriləcəyi gözlənilir. Turnir iki il əvvəl noyabr-dekabrda olsa da, 2034-cü ildə həmin dövr müsəlmanların müqəddəs Ramazan ayına təsadüf edəcək. Bu səbəbdən mundialın yanvar ayında təşkil olunacağı istisna edilmir.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 03 Dekabr 2024 09:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















