2034cü ildə keçiriləcək dünya çempionatı ramazan ayına görə yanvarda təşkil olunacaq
Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
2034-cü ilin futbol üzrə dünya çempionatı ramazan ayına görə oktyabr - noyabrda yox, yanvar ayında keçirilə bilər.
Oxu.Az xəbər verir ki, FIFA gələn həftə keçiriləcək konqresində 2030 və 2034 mundiallarının ev sahiblərini təsdiqləyəcək.
Yeganə namizəd kimi 2034-cü ildə keçiriləcək dünya çempionatının Səudiyyə Ərəbistanında olacağı artıq məlumdur.
2034 mundialı təqvim baxımından Qətər-2022-ni xatırladacaq.
Qeyd edək ki, körfəz ölkələrində yayda 45 dərəcəyə çata bilən həddindən artıq istilər səbəbindən dünya çempionatının qışda keçirilməsi qərarının veriləcəyi gözlənilir. Turnir iki il əvvəl noyabr-dekabr aylarında baş tutsa da, 2034-cü ildə həmin dövr müsəlmanların müqəddəs ramazan ayına təsadüf edəcək. Bu səbəbdən mundialın yanvar ayında təşkil olunacağı istisna edilmir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 03 Dekabr 2024 11:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















