2035 ci ilədək Pekində hər üç nəfərdən biri yaşlı olacaq
Yeniavaz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Çinin paytaxtı Pekində 2035-ci ilədək əhalinin üçdə birindən çoxunun 60 və daha yuxarı yaşda olacağı proqnozlaşdırılır.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Beijing Daily” qəzeti məlumat yayıb.
Məlumata görə, 2025-ci ilin sonuna Pekində 60 və daha yuxarı yaşda olan daimi sakinlərin sayı 5,29 milyona çatıb. Bu, şəhərin daimi əhalisinin 24,3 faizini təşkil edib.
Proqnozlara əsasən, 2035-ci ilədək bu göstərici 33 faizi ötəcək. Əhalinin qocalmasının əsas səbəbləri arasında uzun illər tətbiq olunan “bir ailə, bir uşaq” siyasətinin nəticələri, doğum səviyyəsinin aşağı düşməsi, eləcə də yaşayış və təhsil xərclərinin yüksək olması göstərilir.
Demoqrafik dəyişikliklər fonunda Çin hökuməti doğum səviyyəsini artırmaq üçün tədbirləri genişləndirir. 2026-cı ildə bu məqsədlə təxminən 180 milyard yuan (26,92 milyard dollar) vəsait ayrıldığı bildirilir.
Bununla yanaşı, Pekində yaşlıların sosial müdafiəsinin gücləndirilməsi, pensiyaların artırılması və tibbi-sosial xidmətlərin genişləndirilməsi istiqamətində tədbirlər görülür.
Qeyd edək ki, Çin əhalisi 2022-ci ildən azalmağa başlayıb.
Ekspertlər bildirirlər ki, əhalinin qocalması və sayının azalması ölkənin iqtisadi artımı, daxili istehlak və pensiya sisteminin dayanıqlılığı baxımından ciddi çağırışlar yaradır.
Bu mövzuda digər xəbərlər:Pekində üç ölkə “İran problemini“ müzakirə edəcək
13 Mart 2025 19:40
Serbiyanın 2035 ci ilədək inkişaf planı hazırlanır
17 İyul 2025 19:51
Pekində görüşdülər Foto
29 İyun 2026 08:23
Turizm sektorunda 2035 ci ilədək ilkin proqnozlar açıqlanıb
04 Aprel 2026 17:24
Qırğızıstan Çinə olan borcunu 2035 ci ilədək ödəyəcək
14 Avqust 2026 12:38
Baxış sayı:92
Bu xəbər 19 Oktyabr 2026 11:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















