Icma.az
close
up
RU
2036 cı ildə pul əhəmiyyətini itirəcək?

2036 cı ildə pul əhəmiyyətini itirəcək?

Icma.az, Olke.az portalına istinadən məlumat verir.

Ölkə.az xəbər verir ki, Mask “The Economist” jurnalının baş redaktoru Zanny Minton Beddosa verdiyi son müsahibədə süni intellektin inkişafı, robotların iqtisadiyyata təsiri və bəşəriyyətin gələcəyi ilə bağlı bir sıra iddialı fikirlər səsləndirib.

Müsahibədə Mask bildirib ki, süni intellekt çox sürətlə inkişaf edir və təxminən beş il ərzində bütün insanların ümumi intellektindən daha üstün olacaq. Onun sözlərinə görə, yaxın gələcəkdə AI-nin bacarmayacağı iş demək olar ki, qalmayacaq.

Milyarder sahibkarın fikrincə, humanoid robotlar və süni intellekt istehsalı görünməmiş səviyyəyə çatdıracaq. Mallar və xidmətlər bolluq içində olacağı üçün pulun indiki funksiyası zəifləyəcək və 2036-cı ilə qədər onun əhəmiyyəti xeyli azalacaq.

Mask bildirib ki, gələcəkdə insanların gördüyü işlərin böyük hissəsini robotlar və süni intellekt yerinə yetirəcək. Bu səbəbdən insanlar yalnız istədikləri üçün işləyəcək, dolanışıq məqsədilə işləmək zərurəti isə aradan qalxacaq.

O, etiraf edib ki, əvvəllər süni intellektin bəşəriyyət üçün ciddi risk yaratdığını düşünürdü. Lakin hazırda hesab edir ki, bu texnologiyanın inkişafını dayandırmaq mümkün deyil. Onun fikrincə, əsas məsələ AI-ni təhlükəsiz şəkildə inkişaf etdirməkdir.

Müsahibədə Mask “OpenAI”, “xAI”, “Google DeepMind” və “Anthropic” kimi aparıcı süni intellekt şirkətlərinə də çağırış edib. O təklif edib ki, yeni AI modelləri istifadəyə verilməzdən əvvəl şirkətlər bir-birinin sistemlərini müstəqil şəkildə qiymətləndirsin, təhlükəsizliklə bağlı məlumat mübadiləsi aparsın və mümkün riskləri birlikdə analiz etsinlər.

Maskın səsləndirdiyi bu fikirlər artıq dünya mediasında geniş müzakirə olunur. Onun proqnozlarının nə dərəcədə gerçəkləşəcəyini zaman göstərəcək. Lakin aydındır ki, süni intellektin sürətli inkişafı həm iqtisadiyyatda, həm də cəmiyyət həyatında ciddi dəyişikliklərə yol açmağa davam edir.

İqtisadçı Eldəniz Əmirov mövzu ilə bağlı açıqlamasında bildirib ki, Mask ictimai diqqəti üzərinə çəkəcək və öz maraqlarına xidmət edə biləcək kifayət qədər iddialı fikirlər səsləndirib: “Əvvəla onu deyim ki, "bütün insanların ümumi intellekti" anlayışının elmi ölçüsü yoxdur. Düzdür, onsuz da süni intellekt artıq bir çox sahədə insanı üstələyir. Lakin insan intellekti yalnız hesablama qabiliyyətli deyil ki. İnsan intellektində yaradıcılıq, sosial intuisiya, emosional zəka və fiziki dünya ilə qarşılıqlı əlaqə kimi önəmli şeylər var. Ona görə də müəyyən sahələrdə Maskla razılaşsam da, ümumi mənada bu ifadəni təsdiqləmək hələ mümkün deyil. Sonra Mask deyir ki, yaxın 10 ildə insanların AI üzərində tam nəzarəti saxlamaq ehtimalı aşağıdır.

Əslində, bu heç İlon Maskın öz fikri deyil, başqalarının fikirlərinin təkrarıdır. Çünki artıq 1 ilə yaxındır ki, OECD, DB və BMT Aİ-nin sürətli inkişafı idarəetmə və tənzimləmə riskləri yaratdığını, mövcud hüquqi mexanizmlərin isə bu inkişaf tempindən geri qaldığını öz hesabatlarında yazırlar.

Onun bu müsahibədə öz məqsədlərinə xidmət edəcək əsas fikri məhz pulla bağlı idi. O deyir ki, 2036-cı ildə robotlar bolluq yaradacaq və pul əhəmiyyətini böyük ölçüdə itirəcək.

Bu fikir kökündən cəfəngiyyatdır. Robotlar məhsuldarlığı ciddi artıra bilər. Amma məgər pul təkcə istehsalın nəticəsidir ki?! Əlbəttə yox. Pul resursların bölüşdürülməsidir. Pul mülkiyyət hüquqlarıdır. Pul torpaq və enerji kimi məhdud resursların qiymətləndirilməsi alətidir. Pul xidmətlərin mübadiləsi üçün lazımdır və s. Odur ki bu gün dünyada mövcud olan reallıqlar qarşısında pulun əhəmiyyətini itirməsi heç yaxın 100 ildə mümkün deyil. Bunun üçün planetdə başqa şərtlər bərqərar olmalıdır.

Bəs İlon Mask bunları bilmirmi? Əlbəttə, bilir. Sadəcə o, bu cür proqnozlarla insanların gələcəklə bağlı gözləntilərinə təsir göstərməyə çalışır və bu yanaşma dolayısı ilə onun uzunmüddətli biznes maraqlarına da xidmət edir”.

İqtisadiyatçının fikrincə, İlon Maskın ən böyük üstünlüyü super texnologiya yaratması yox, davranış iqtisadiyyatını və insan psixologiyasını çox yaxşı bilməsidir: “Onun topladığı sərvətdə bu bacarıq texnaloji bacarığından qat-qat fayda verib ona.

Ümumiyyətlə, bu gün dünyada böyük sərvət qazanmaq üçün iqtisadiyyatı yaxşı bilmək artıq vacib deyil. Ən vacib olan insanların nəyə inanacağını, hansı xəbərin diqqət çəkəcəyini və hansı fikrin kütləni hərəkətə gətirəcəyini daha yaxşı bilməkdir”.(musavat.com)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:153
embedMənbə:https://olke.az
archiveBu xəbər 26 İyul 2026 14:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see427

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see334

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see328

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see286

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see244

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see238

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see232

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see213

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see211

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see203

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see199

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see198

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see197

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see196

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see191

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see188

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see188

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see181

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see180

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri