2050 ci ilədək Yer səthi sənayeləşmədən əvvəlki dövrdən üç dərəcə isti olacaq
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Berlin, 25 sentyabr, AZƏRTAC
Alimlər Yer kürəsinin sürətlə isinməsi nəticəsində 2050-ci ilədək planetimizin səthinin sənayeləşmədən əvvəlki dövrdən təxminən üç dərəcə daha isti ola biləcəyini proqnozlaşdırırlar. Bu, xüsusilə şəhərlərdə yaşayan insanların həyatına daha ciddi təhlükə yaradır.
AZƏRTAC “Spiegel” qəzetinə istinadla xəbər verir ki, Hamburqda keçirilən Ekstremal Hava Konqresində meteoroloqlar və iqlim tədqiqatçıları iqlim böhranının nəticələrini təqdim edərək dərhal tədbir görülməsinin vacibliyini vurğulayıblar.
Alman Meteorologiya Cəmiyyətinin sədri Frank Bötxer bildirib: “Qlobal istiləşmənin sürəti o qədər yüksəkdir ki, iqlim qrafikindən çıxmaq təhlükəsi ilə üz-üzəyik”. Almaniyanın və digər bir çox ölkələrin atmosferə hələ də xeyli miqdarda karbon tullantıları buraxdığını qeyd edən alim deyib: “2050-ci ilədək planetin sənayeləşmədən əvvəlki dövrdən üç dərəcə isti olacağı realdır və buna uyğun düşünmək və planlaşdırma aparmaq lazımdır. Biz dərhal addımlar atmalıyıq”.
Ekstremal Hava Konqresi Almaniyada iqlim dəyişikliyi kontekstində ekstremal hava ilə bağlı nüfuzlu tədbir sayılır. Konqresdə 1989-cu ildən indiyədək Şimal qütbündə buzlaqların kəskin azaldığı qeyd olunub. Həmçinin ekstremal hava hadisələrinin insan psixologiyasına, enerji təchizatına və digər sosial-iqtisadi sahələrə təsiri müzakirə edilib.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 25 Sentyabr 2025 15:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















