Icma.az
close
up
RU
2050 yə qədər xəstə sayı 850 milyonu keçəcək Bu, epidemiya sayıla bilərmi?

2050 yə qədər xəstə sayı 850 milyonu keçəcək Bu, epidemiya sayıla bilərmi?

Icma.az, Qaynarinfo portalına istinadən məlumat verir.

Diabet əsrlərdir bilinən bir xəstəlikdir. Antik Misirlilər miladdan əvvəl 1500-cü illərdə bu xəstəliyi "şirin sidik” kimi təsvir edirdilər. Qədim dövrlərdən bəri mövcud olan və hər keçən gün artan göstəricilərlə diyabet bu gün dünyada ciddi ictimai səhiyyə problemi kimi qiymətləndirilir. Yeni məlumatlar isə 2050-ci ilə qədər xəstə sayının 850 milyonu keçəcəyini göstərir. Bəs bu, bir epidemiya sayıla bilərmi?

Qaynarinfo xəbər verir ki, Beynəlxalq Diabet Federasiyasının (International Diabetes Federation - IDF) məlumatlarına görə, vəziyyət sözün əsl mənasında, narahatedicidir. Federasiyanın hesablamalarına əsasən, dünyada 2024-cü il etibarı ilə təxminən 589 milyon diabetli xəstə var. Bu rəqəmin 2050-ci ildə 853 milyona çatacağı gözlənilir.

14 noyabr - Dünya Diabet Günündə müsahibə verən türkiyəli daxili xəstəliklər üzrə mütəxəssis Uz. Dr. Betül Mercan Çiftçi IDF məlumatlarını şərh edib. O bildirib ki, antik dövrdə "şirin sidik" təsviri əsas əlamətin sidik həcminin artması və tez-tez sidiyə çıxma olduğunu göstərir. Sidiyin "şirinləşməsi” isə qanda qlükoza yüksəldikdə sidiklə qlükoza atılması ilə əlaqədardır. Çiftçi diabetin yaranmasına səbəb olan əsas fizioloji amilləri belə izah edib:

* Diabet insulin təsirinin azalması, insulinə qarşı rezistentlik, insulin istehsalının kifayət qədər olmaması, beta-hüceyrələrin yetərsiz insulin istehsalı, qlükozanın toxumalar tərəfindən qəbul edilməməsi və ya qaraciyərin həddindən artıq qlükoza istehsalı hallarında yaranır.

* Qlükoza balansını pozan əsas mexanizm isə skelet əzələsi, yağ toxuması və qaraciyərdə insulin təsirinin azalması, eləcə də qaraciyərin qlükoza istehsalının artmasıdır. Obezlik, xüsusilə qarın ətrafı yağlanma, aşağı fiziki aktivlik, genetik meyllilik, yaşlanma və şəhərləşmə də mühüm risk amillərindəndir.

* İnsulin rezistentliyi hüceyrələrin insulinə qarşı həssaslığının azalmasıdır. Qanda insulin səviyyəsi normal və ya yüksək ola bilər, lakin əzələ, yağ və qaraciyər toxumalarında insulin təsiri zəif qalır.

* İnsulin çatışmazlığı isə pankreasdakı beta-hüceyrələrin kifayət qədər insulin istehsal etməməsi deməkdir. Həm rezistentlik, həm də çatışmazlıq diyabetin əsas səbəblərindəndir.

Qlobal miqyasda yayılmış bir xroniki xəstəlik olacaq

Dr. Çiftçi bildirib: "International Diabetes Federation"un məlumatlarına əsasən, dünyada 20–79 yaş arası təxminən 589 milyon diabetli var. Bu sayın 2050-ci ildə 853 milyona yüksələcəyi proqnozlaşdırılır. Bu da onu göstərir ki, diabet qlobal miqyasda geniş yayılmış xroniki xəstəlik statusu qazanacaq və səhiyyə sistemlərinə, cəmiyyətə və iqtisadiyyata ciddi yük gətirəcək".

Bu, bir "diabet epidemiyası"dırmı?

Çiftçi suala belə cavab verib: "Epidemiya anlayışını biz əsasən infeksion xəstəliklər üçün işlədirik. Diabet infeksion xəstəlik deyil, lakin görülmə tezliyinin sürətlə artması səbəbilə "epidemik ölçüdə" ictimai səhiyyə problemi hesab olunur. Gələcəkdə xəstə sayının artması ilə bunun iqtisadi böhranı da dərinləşdirəcəyini nəzərə alsaq, "epidemiya" kimi qiymətləndirmək daha düzgün olar".

Türkiyə Avropada "liderdir"

"Türkiyədə 20-79 yaş aralığında təxminən 9,6 milyon diabetli var. Avropada isə yetkin əhali arasında ən yüksək diabet yayğınlığına sahib ölkə vəziyyətindəyik", deyə Çiftçi əlavə edib.

O bildirib ki, rəqəmlər yaş, cins və bölgələrə görə dəyişə bilər. Prediabet isə xüsusilə yüksək səviyyədədir. Prediabet - xəstənin hələ şəkər xəstəsi sayılmasa da, normal və xəstəlik arasındakı keçid mərhələsində olmasıdır. Bu da Türkiyənin risk qrupunda olduğunu göstərir.

Diabetin orqanlara vurduğu zərər

Çiftçi uzunmüddətli yüksək qan şəkərinin damar sisteminə, göz, böyrək, sinir, koronar arteriya və periferik damar sistemlərinə ciddi təsirlər göstərdiyini vurğulayıb:

* Diabet diaqnozu qoyulan xəstələrdə mütləq göz dəyərləndirilməsi aparılır.

* Böyrək zədələnməsini izləmək üçün böyrək funksiyaları və sidik çıxışı təqib edilir.

* Sinir sistemi üçün nevroloji müayinə vacibdir. Diabetik neyropatiya xüsusilə mühüm riskdir.

* Duyğu itkisi ayaqlarda yaraların, xüsusilə diabetik ayaq sindromunun yaranmasına səbəb ola bilər. Ayaq və dırnaq baxımı böyük əhəmiyyət daşıyır.

Nə etməlisiniz?

Çiftçiyə görə, diabet riskini azaltmağın ən önəmli yolu sağlam və balanslı qidalanmadır:

* İşlənmiş şəkər və yüksək kalorili qidaların məhdudlaşdırılması vacibdir.

* Fiziki aktivlik artırılmalı, müntəzəm idman — xüsusilə əzələ gücləndirici fəaliyyətlər — gündəlik həyata daxil edilməlidir.

* Bədən çəkisi optimal səviyyədə saxlanmalı, qarın piylənməsi azaldılmalıdır.

*  Siqaret və alkoqol kimi əlavə risk faktorları nəzarət altına alınmalıdır.

*  Xüsusilə risk qrupuna daxil olan şəxslər (ailəvi diabet tarixi olanlar, obez xəstələr, hamiləlikdə gestasion diyabet riski olanlar) mütəmadi tibbi müayinələrdən keçməlidir.

Aydın

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:252
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 14 Noyabr 2025 12:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri