207 nömrəli məktəbdə insident YAŞANDI Şagirdlər mühafizəçiyə hücum ÇƏKDİ
News24 saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakının Xətai rayonunda yerləşən 207 nömrəli tam orta məktəbdə xoşagəlməz hadisə baş verib.
News24.az-ın məlumatına görə, hadisə iyunun 5-də axşam saatlarında qeydə alınıb.
İlkin məlumata görə, məktəbin 11-ci sinif şagirdləri “Son zəng” günü münasibətilə rəqs məşqi etmək üçün məktəbə gəliblər. Lakin məktəbin mühafizəçisi onların məktəb həyətinə daxil olmasına icazə verməyib. Bu səbəbdən tərəflər arasında mübahisə yaranıb.
Hadisənin gedişində şagirdlərdən birinin mühafizəçinin üzərinə bıçaq çəkdiyi iddia olunur.
Qeyd edək ki, ötən ay sosial şəbəkələrdə Bakı şəhərində yerləşən 207 nömrəli tam orta məktəbin direktoru Yaqut Müseyibliyə məxsus olduğu iddia edilən səs yazısı yayılıb. İddialara görə səs yazısında direktor "Son zəng" üçün pul yığılmasını tələb edib və pul verməyən şagirdlərin tədbirdə iştirakına icazə verilməyəcəyini deyib. Daha sonra direktor vəzifəsindən azad edilib.
Aqil Qarayev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 07 İyun 2025 12:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















