21 azərbaycanlı aeroportda qaldı Turizm şirkəti əlavə pul tələb edir VİDEO
Bakupost portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
21 nəfər Azərbaycan vətəndaşı Şarm əl-Şeyx hava limanında qalıb. Vətəndaşlar “Shani Travel” tur şirkəti vasitəsilə Misirə səfər ediblər və bu gecə Bakıya qayıtmağı planlaşdırılıb.
Bakupost.az Patrul.az-a istinadən xəbər verir ki, vətəndaşlar təxminən 5 saata yaxındır ki, hava limanında gözləyir. Turizm şirkət əlavə 250 ABŞ dolları ödənilməsini tələb edir. Vətəndaşların heç biri bu məbləği ödəyə bilmir.
Vətəndaşlar məsələ ilə bağlı hüquqi və diplomatik müdaxilə tələb edir və aidiyyəti qurumların diqqətinə çatdırılmasını istəyirlər.
Hava limanında qalan qrup vəziyyəti sübut edən video görüntüləri də təqdim edib.
Vətəndaşlar Bakıya dönüşünün təmin olunması üçün aidiyyəti qurumların müvafiq addımlar atacağına ümid edirlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 19 Noyabr 2025 16:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















