21 ci əsrin ən çox izlənilən serialları Siyahı
Axsham.az saytından alınan məlumata görə, Icma.az bildirir.
“The New York Times” XXI əsrin ən yaxşı seriallarını müəyyənləşdirib.
Axşam.az xəbər verir ki, siyahı 500-dən çox aktyor, prodüser, ssenarist və televiziya sənayesi nümayəndəsinin iştirakı ilə keçirilən səsvermə əsasında hazırlanıb. Qiymətləndirməyə 1 yanvar 2000-ci ildən sonra yayımlanmağa başlayan seriallar daxil edilib.
Siyahının ilk pilləsində Vince Gilliqanın yaratdığı “Breaking Bad” qərarlaşıb. İkinci yeri “The Wire”, üçüncü yeri isə “Mad Men” tutub.
İlk 10-luq belə sıralanıb:
“Breaking Bad”
“The Wire”
“Mad Men”
“Succession”
“Fleabag”
“Game of Thrones”
“Veep”
“30 Rock”
“Curb Your Enthusiasm”
“Atlanta”
Qeyd edək ki, 1999-cu ildə yayımlanmağa başlayan “The Sopranos” serialı siyahıya daxil edilməyib. Səbəb isə araşdırmada yalnız 2000-ci ildən sonra ekranlara çıxan layihələrin nəzərə alınmasıdır.
Məşhur “The Office” serialı 11-ci, onun Britaniya versiyası isə 16-cı sırada yer alıb. “Better Call Saul” 27-ci, “Andor” 32-ci, “Watchmen” isə 39-cu pillədə qərarlaşıb.
Səsvermədə Elisabet Moss, Bryan Kranston, Kolman Dominqo, Cason Bateman və Rose Birne kimi aktyorlarla yanaşı, Damon Lindelof, Lena Dunham, Lena Uaize və Noah Hauley kimi prodüser və ssenaristlər də iştirak edib.
Baxış sayı:99
Bu xəbər 27 Sentyabr 2026 21:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















