Icma.az
close
up
RU
Menu

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

“Eyni tempdə davam edirik” Rui Jorje

21 yaşlı Fatimə Tbilisidə amansızlıqla qətlə yetirildi Təfərrüat

21 yaşlı Fatimə Tbilisidə amansızlıqla qətlə yetirildi Təfərrüat

Icma.az xəbər verir, Axsham.az saytına əsaslanaraq.

Gürcüstanda Azərbaycan vətəndaşı olan Fatimə Kərimova öldürülüb.

Axşam.az xəbər verir ki, bu barədə məlumatı “Sapari” təşkilatının rəhbəri Baia Pataraia sosial media hesabında yazıb.

Bildirilib ki, Tbilisidə qonaq olan 21 yaşlı Fatimə Kərimova xüsusi amansızlıqla qətlə yetirilib.

B.Pataraia bildirib ki, gənc qızla iki gün ərzində əlaqə saxlamaq mümkün olmayıb, bundan sonra polis onun yaşadığı mənzilin qapısını sındıraraq içəri daxil olub və orada qızın cəsədini tapıb. Pataraianın verdiyi məlumata görə, qatil Türkiyəyə qaçıb.

“Sapari” təşkilatının rəhbəri qeyd edib ki, artıq prokurorluğa müraciət edib və qurumdan qətlə yetirilən qızın bacısının adından işə cəlb olunmaları tələb edilir:

“Bir neçə gün əvvəl rusiyalı bir bloger instaqramda mənimlə əlaqə saxladı və bu dəhşətli femisid (qadın qətli) hadisəsini araşdırmağımı, sonra isə ictimaiyyətə çatdırmağımı xahiş etdi.

Hadisə belə olub: Azərbaycandan olan gənc, gözəl və yetim bir qızı sevgilisi aldadaraq Gürcüstana gətirib. Ona “Gürcüstanda birlikdə yaşayarıq və işləyərik” deyib. Buna qədər isə qohumları bu qızı başqa birinə nişanlayıblarmış, həmin şəxs qızdan borc pul alıb və geri qaytarmayıb. Qısası, qız sevgiyə və yeni bir həyata inanaraq bura gəlib. Vəd olunan iş alınmayıb. Pulları bitən kimi sevgilisi olan oğlan qızın “IPhone” telefonunu lombarda qoyub, bundan əvvəl isə qızı amansızcasına döyərək küçəyə atıb və özü təkbaşına Azərbaycana qayıdıb.

Döyülmüş və yad bir ölkədə hər şeysiz, köməksiz qalmış azərbaycanlı qıza xeyirxah bir erməni qadın sahib çıxıb. Rahat ünsiyyət qura bilsinlər deyə öz azərbaycanlı rəfiqəsini də bura gətirib və qızın qohumları ilə zəngləşməsinə kömək edib. Qızın gənc bir kişi qohumu gəlib və “Mən onun üçün mənzil kirayələyəcəyəm, bir neçə aydan sonra vəziyyət sakitləşəndə isə onu Azərbaycana aparacağam” deyərək qızı aparıb.

Sanki hər şey qaydasında idi, lakin qız tezliklə yoxa çıxıb. Azərbaycandakı kiçik bacısı onu axtarmağa başlayanda həmin erməni qadına zəng edib və deyib: “İkinci gündür onunla əlaqə saxlaya bilmirəm, bəlkə, mənzilinə gedib baxasınız”. Erməni qadın mənzilə yollanıb, qapını açan olmayıb. Qonşulardan öyrənib ki, ötən gecə mənzildən güclü dava-dalaş səsi gəlirmiş (Təbii ki, polisə heç kim zəng etməyib. Bu ölkədə bunu hələ də öyrənə bilmədik).

Həmin erməni qadın polisə zəng edib, polis qapını sındırıb və mənzildə qızın cəsədini tapıb. Qatil Türkiyəyə qaçıb. Hazırda axtarış elan olunub.

Bu gün səhər prokurorluğa müraciət etmişik, order göndərib və işə cəlb olunmasını tələb etmişik. İndi prokurorun qərarından asılıdır ki, bizə bu işdə hüquqşünas kimi iştirak etməyə icazə veriləcək, ya yox. Çünki mərhumun yeganə ailə üzvü Azərbaycandadır və ilk növbədə onun hüquqi varis kimi tanınması lazımdır.

Heç bir şeyin ört-basdır olunmaması, gizlədilməməsi və qatilin cəzasız qalmaması üçün biz səsimizi ucaltmalıyıq! Gürcüstan və xarici mediaları bu işi araşdırmağa çağırıram. Prokurorluğu mərhumun bacısının adından bizi işə cəlb etməyə çağırıram ki, bu işin materiallarını öyrənmək imkanımız olsun”.

Gürcüstan mediasında yayılmış digər məlumata görə, hadisə bu il iyunun 26-sı baş verib. Kirayə mənzildə qətlə yetirilən Azərbaycan vətəndaşı Fatimə Kərimova həmin evdə girov kimi saxlanılıb. Xalası oğlu 21 yaşlı qızı iki həftə ərzində kilidli saxlayıb, vəhşicəsinə döyüb, daha sonra isə boğaraq öldürüb.

Yayılan məlumata görə, azərbaycanlı qız Tbilisiyə sevgilisi ilə birlikdə gəlib, lakin cütlüyün pulu bitdikdən sonra oğlan qızı küçədə qoyaraq özü Azərbaycana qayıdıb.

Hüquq müdafiəçilərinin sözlərinə görə, F.Kərimovaya ilkin olaraq Gürcüstan vətəndaşı sığınacaq verib, bir neçə gündən sonra isə qohumu  xalası oğlu gələrək ona mənzil kirayələyəcəyini deyib. Lakin sonradan məlum olub ki, onun niyyəti kömək etmək deyil, qızı qətlə yetirmək olub.

Qətlə yetirilən qızın yaxınları sosial şəbəkədə yazırlar ki, 21 yaşlı qız yetim idi və geridə yalnız 19 yaşlı bacısı qalıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:366
embedMənbə:https://axsam.az
archiveBu xəbər 02 İyul 2026 10:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see331

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see312

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see308

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see289

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see285

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see282

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see275

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see265

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see258

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see249

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see241

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

19 Noyabr 2026 13:48see237

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see236

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see229

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see224

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see215

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see210

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see210

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see207

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri