21 yaşlı gənc dəm qazından öldü
Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.
Şəkidə 21 yaşlı gənc dəm qazından boğularaq ölüb.
Bakıvaxtı.az APA-ya istinadən bildirir ki, hadisə noyabrın 23-dən 24-ə keçən gecə Şəki şəhəri M. Hüseynzadə küşəsi ev 40 ünvanında baş verib.
2003-cü il təvəllüdlü Süleyman Rəcəb oğlu Mustafayev huşsuz vəziyyətdə evin vanna otağında ailə üzvüləri tərəfindən aşkarlanıb.
Hadisə yerinə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin Şəki rayon şöbəsinin həkim briqadası cəlb olunub.
İlkin müayinə və baxış zamanı 21 yaşlı S. Mustafayevin dəm qazından boğularaq həyatını dəyişdiyi məlum olub.
S. Mustafayevin ölümünün səbəbinə dəqiqləşdirmək üçün meyit Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya Birliyinin Şəki rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır.
Baxış sayı:107
Bu xəbər 24 Noyabr 2024 09:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















