Icma.az
close
up
RU
2100 cü ilə qədər dünya əhalisinin sayı 16 milyarda çatacaq

2100 cü ilə qədər dünya əhalisinin sayı 16 milyarda çatacaq

Ses qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

11 İyul Ümumdünya Əhali Günüdür. Bu əlamətdar tarixi 1989-cu ildə BMT-nin əhali problemlərinin həllinə yardım göstərən ən iri beynəlxalq təşkilatı olan Əhali Fondu təsis edib. Bu günün qeyd olunmasında məqsəd ailə planlaşdırılmasının əhəmiyyəti, gender bərabərliyi, yoxsulluq, qadın sağlamlığı və insan hüquqları kimi dünya əhalisi ilə bağlı müxtəlif məsələlər barədə məlumatlılığı artırmaq, insanların problemlərinə xüsusi diqqət yetirmək və ümumi inkişafa nail olmaqdır. Məlumdur ki, dünya əhalisinin demoqrafiyası tarixin müxtəlif dönəmlərində sabit olmamış, hər zaman dəyişikliyə məruz qalmışdır. Statistik göstəricilərə nəzər salsaq görərik ki, 1900-da dünya əhalisi 1.6 mlrd., 1960-da 3 mlrd., 2000-də 6 mlrd. olmuşdur. Demoqrafların hesablamalarına görə dünya əhalisi bu sürətlə artmağa davam etsə 2040-də dünyamızda 10 mlrd. insan yaşayacaq. 2100-cü ilə qədər isə 16 milyarda çatacaq və bu da əhali sıxlığının bəzi ölkələrdə yoxsulluq və müharibələrə səbəb olacağı ehtimalı yaratmış olur. Dünyada ən sürətli təbii artım 1950–1970 illərində müşahidə olunmuşdur. Ən çox təbii artım isə 1963-cü ildə qeydə alınmışdır. Bu zaman dünyanın təbii artımı 2,2% təşkil edib. Əhalisinin sayına görə, ilk üç yerdə Çin, Hindistan və ABŞ qərarlaşıb.

Əlbəttə ki, müasir dövrün çağırışlarına cavab verən, sosial-iqtisadi inkişafı ilə diqqətdə olan Azərbaycan bütün beynəlxalq əhəmiyyət kəsb edən günlər kimi, Dünya Əhali Gününü də 2005-ci ildən etibarən qeyd edir. Son əsrlərdə Azərbaycandakı demoqrafik inkişafa nəzər salsaq görərik ki, 1897-ci ildə Azərbaycanda əhalinin sayı 1 milyon 807 nəfər, Birinci Dünya müharibəsindən əvvəl isə 2 milyon 339 nəfər olub. Dünya müharibəsi, azərbaycanlılara qarşı soyqırımı siyasəti, xarici müdaxilələr ölkə əhalisinin sayına mənfi təsir göstərib və 1920-ci ildə əhalinin sayı 1 milyon 952 nəfərə düşüb. 1980-ci ildə isə bu say 6 milyonu ötüb. 2000-ci ildə isə 8 milyondan artıq əhali qeydə alınıb.

Xatırlatmaq yerinə düşər ki, Azərbaycanda MDB məkanında, ilk dəfə olaraq, elmi əsaslarla işlənilib, demoqrafiya sahəsində dövlət strategiyasını müəyyən edən "Azərbaycan Respublikasının Demoqrafik İnkişaf Konsepsiyası" təsdiq edilib. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli 800 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasına əsaslanmaqla, ölkəmizdə davamlı demoqrafik inkişafı təmin edilməsi üçün əhali sakinliyi və demoqrafik inkişaf sahəsində yeni Dövlət Proqramı layihəsi hazırlanaraq həyata kçirilib.

Dövlət başçısının sosialyönümlü istiqamətində apardığı uğurlu siyasət demoqrafik inkişafa ciddi təsirini göstərib. Əhalisinin sayı hər il, sabit şəkildə artaraq, 10 milyonu ötən Azərbaycanda dayanıqlı sosial-iqtisadi tərəqqi, sosial siyasət davamlı xarakter almaqla, demoqrafik inkişafa təkan verib. Azərbaycan, bir çox sahələrdə olduğu kimi, bu baxımdan da, nümunəvi ölkədir. Prezident İlham Əliyevin sosial-iqtisadi inkişaf strategiyası nəticəsində, bütün sahələrdə mühüm tarixi nailiyyətlərə imza atan, iqtisadi qüdrətini artıran, sabitlik, təhlükəsizlik, əmin-amanlıq məkanı olan ölkəmizdə sosial rifah səviyyəsinin də, davamlı olaraq, yaxşılaşması özünü göstərir. Azərbaycanda hər il doğulanların sayı artır, misal üçün, 2018-ci ildə ölkədə 139 min doğulmuş körpə qeydə alınıb. Ölkəmizdə doğulanların sayı ölənlərin sayını 2-2,5 dəfə üstələyir. 2020-ci ilin 1 dekabr vəziyyətinə görə Azərbaycan əhalisinin sayı 10 123 004 nəfər təşkil edib. 2021-ci il mart ayının 1-i vəziyyətinə 10 127 127 nəfərə çatıb. Bu rəqəmlər bir daha göstərir ki, əhalinin sayında artımlar müşahidə edilməkdədir. Əhalinin 53,0 faizini şəhər, 47,0 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.

Əhalinin orta illik sayının dəyişilməsinə nəzər salsaq görərik ki, 2023-cü ildə əhalinin sayı 10154,0 nəfər olub. 2025-ci ildə bu rəqəm dəyişərək 10243,6 təşkil edib. Əlbəttə ki, ölkəmizdə əhalinin artımı qarşısında genişmiqyaslı tədbirlər görülür, yeni uşaq bağçaları və məktəblər, müalicə müəssisələri və idman kompleksləri istifadəyə verilir. Bununla yanaşı, dövlət başçısının 2018-ci il 30 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası" da mövcud demoqrafik meyillərə və inkişaf perspektivlərinə, ölkənin müəyyən olunmuş iqtisadi prioritetlərinə əsaslanmaqla, səmərəli məşğulluğun təmin edilməsinə yönəldilmiş uzunmüddətli dövlət məşğulluq siyasətini müəyyən edir. Dinamik iqtisadi inkişafı və beynəlxalq münasibətlər sistemində nüfuzlu mövqeyi ilə seçilən, öz ərazi bütövlüyünü, bununla ədaləti və beynəlxalq hüququ təmin etmiş qalib dövlət olan Azərbaycan eyni zamanda vətəndaş rifahının təminatı istiqamətində mühüm irəliləyişlərə yol açan güclü sosial siyasətə malikdir. Bu da əhalinin demoqrafik inkişana təkandir.

Nəzakət ƏLƏDDİNQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 09 İyul 2026 14:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see421

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see332

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see244

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see237

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see228

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see219

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see217

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see216

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see212

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see207

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see201

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see198

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see196

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see194

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see193

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see187

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see184

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see182

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see180

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri