Icma.az
close
up
RU
22 ildən sonra NATO Türkiyədə toplanacaq...

22 ildən sonra NATO Türkiyədə toplanacaq...

Icma.az, Yeniazerbaycan saytına istinadən bildirir.

Alyansın gələcəyi Ankarada müəyyənləşə bilər

22 illik fasilədən sonra Ankara yenidən NATO Zirvəsinə ev sahibliyi edəcək. İyulun 7-8-də Ankarada keçiriləcək Zirvə toplantısı Türkiyədə baş tutacaq ikinci toplantıdır. Belə ki, Türkiyə bu vaxta qədər yalnız 2004-cü ildə İstanbulda bu tədbiri təşkil etmişdi. Budəfəki tədbirdə genişkontingentli nümayəndə heyətlərinin iştirakı gözlənilir.

Türkiyə mətbuatının yazdığına görə, Zirvə toplantısında müdafiədən qlobal təhlükəsizliyə qədər bir çox vacib mövzular gündəmdə olacaq. Zirvədə əsas müzakirə mövzuları müdafiə və çəkindirmə planlaması, Ukraynaya uzunmüddətli dəstək, habelə müdafiə xərcləri hədəfləri və yükün bölüşdürülməsi olacaqdır.

Ciddi təhlükəsizlik tədbirləri...

Aylardır Zirvə görüşü ilə bağlı Türkiyədə ciddi hazırlıq prosesləri aparılır. Xüsusilə, bu dövrdə Ankarada təhlükəsizlik tədbirləri üçün intensiv işlər görülür. Rəsmi nümayəndə heyətlərindən və liderlərdən ibarət təxminən 6000 qonağın qatılacağı sammitlə əlaqədar olaraq Ankarada fövqəladə təhlükəsizlik tədbirləri nəzərdə tutulur. Zirvənin keçiriləcəyi Beştəpə və həmin ərazidə yerləşən otellər də daxil olmaqla geniş bir ərazidə ənənəvi tədbirlərlə yanaşı, PUA hücumları və kiberhücumlar ehtimalına qarşı təhlükəsizlik qalxanları yaradılacaq. Ankara və ətraf ərazilərdə çox aşağı, aşağı və orta hündürlüklərdə çoxqatlı şəkildə hava hücumundan müdafiə sistemləri qurulacaq. Həyəcan vəziyyətində olan F-16-ların sayı artırılacaq. Liderlərin istifadə edəcəyi marşrutlar, qalacaqları otellər və görüşlərin və müzakirələrin keçiriləcəyi ərazilər üzrə ətraflı araşdırma aparılır. Təhlükəsizlik və təcili yardım planları üzərində iş görülür. Təhlükəsizlik səbəbləri ilə tədbir iştirakçılarının hərəkəti üçün ayrılmış yollarda nəqliyyatın hərəkəti bağlanacaq. Zirvə görüşü tarixində heç bir sosial tədbirə, aksiyaya, etiraz aksiyasına, nümayişə və ya yürüşə icazə verilməyəcək.

Rəsmi fərmanla Ankaranın Altındağ, Çankaya, Etimesgut, Gölbaşı, Keçiören, Mamak, Pursaklar, Sincan və Yenimahalle rayonlarının sərhədləri daxilində yerləşən bütün dövlət qurumları və təşkilatlarının işçilərinə 6-12 iyul 2026-cı il tarixləri arasında inzibati məzuniyyət verilib.

Şərtlər Türkiyədə müəyyənləcək...

Vurğulandığı kimi, NATO-nun sayca 36-cı Ankara Zirvəsinin əsas gündəmi son dövrlərdə daha da şiddətlənən müharibələrdir. Qeyd edək ki, siyasi şərhçilər  bu Zirvə toplantısının həm mühümlüyünü, həm də müzakirə predmetlərini ön plana çəkirlər - vurğulanır ki, ABŞ-ın dəyişən milli təhlükəsizlik prioritetləri və Avropanın təhlükəsizlik arxitekturası axtarışı səbəbindən “soyuq müharibə”nin bitməsindən bəri ən vacib zirvələrdən birinin məhz Ankara görüşü olacağı gözlənilir. 32 ölkənin dövlət və hökumət başçılarının iştirak edəcəyi zirvə görüşündə bütün diqqətlər ABŞ prezidenti Donald Trampa yönələcək. Xüsusilə, NATO çərçivəsində baş verən soyuqluq, ABŞ-Avropa münasibətlərindəki gərginliyin və Trampla Avropa liderləri arasındakı müəyyən fikir ayrılıqlarının zirvə görüşündə əks olunub-olunmayacağı maraq doğurur. Bu mənada, Ankara zirvəsi NATO-nun missiyası və vizyonu ilə bağlı müzakirələrin ən radikal mənada müzakirə edildiyi və ittifaq daxilindəki daxili çatların üzə çıxdığı bir vaxtda keçiriləcək mühüm platforma kimi qəbul olunur. Qeyd edək ki, ABŞ NATO-nun transformasiyasını davam etdirir. Prezident Trampın sammitdə şəxsən iştirakı ABŞ-ın alyansla bağlı təklif və tələblərinin ciddiliyini ortaya qoyur. Siyasi analitiklərin fikrincə, Ankara zirvəsi ABŞ-ın NATO-da qalmaq şərtlərini diktə edəcəyi bir toplantı kimi tarixi düşə bilər. Xüsusilə Prezident Trampın müttəfiqlərinə yönəlik ÜDM-in beş faizini müdafiəyə ayırmaq məqsədi rəsmi bir öhdəlik halına gətirilə bilər.

Yol ayrıcı - Ankara son ümid də ola bilər...

Digər bir əsas motiv isə 32 NATO ölkəsinin reallığı qəbul etmək məsələsidir - görüş Türkiyədə ən kritik bir dövrdə baş tutur. Hazırda Qərbi Avropa bir çox suallar qarşısındadır - xüsusilə, Rusiya-Ukrayna müharibəsi ilə bağlı mövqelərdə bir sıra anlaşılmazlıqlar mövcuddur. ABŞ isə NATO-dan çıxmaqla bağlı mütəmadi bəyanatlar səsləndirir. Belə bir zamanda Alyansın yeni lideri sayılan dövlətin, Türkiyənin mövqeyi ortaya çıxır. Başqa sözlə, hazırkı şərtlər altında Ankara transatlantik əlaqələrin tamamilə kəsildiyi yeni çoxqütblü qlobal təhlükəsizlik arxitekturasının başlanğıcını formalaşdıracağı ehtimal edilən bir zirvə görüşü təşkil edir. Siyai analitiklər düşünür ki, Zirvə görüşü həm də Qərb dünyası üçün kritik bir ekzistensial yol ayrıcıdır, burada radikal islahatla tarixi bir fasilə arasında seçim ediləcək və tərəflər kartlarını ortaya qoyacaqlar. Masada kompromis əldə edilməsə, Avropalı müttəfiqlərin NATO-dan kənarda müstəqil müdafiə alternativləri yaratmaq cəhdləri daha da sürətlənəcək. Başqa sözlə, Avropa özünün müstəqil müdafiə sistemini quracaq. Beləliklə, Ankara Zirvəsi təşkilatın gələcəyini xilas etmək və bu kontekstdə NATO-ya yeni bir missiya və vizyon vermək üçün vacib bir prosesdir.

Yeni struktur, yoxsa...

Türkiyə mətbuatı yazır ki, NATO daxilində liderlik məsələsi Avropanın Amerika ilə münasibətlərində xüsusi əhəmiyyət kəsb edir - bu sammitdə həmin məsələ detallı şəkildə daha da aydınlaşacaq. Avropa, xüsusən də Sakit Okean bölgəsində ABŞ-ın prioritet saydığı bölgələrə təsir omkanları baxımından arxa plana keçdiyindən, ABŞ-ın NATO konsepsiyası çərçivəsində yeni bir struktur istədiyi görünür. NATO-nun Yaxın Şərqdəki inkişaf imkanlarının Avropadan fərqli olaraq region ölkələr tərəfindən idarə edilməsi üçün yollar daim araşdırılır. Ümid olunur ki, Ankara Zirvə Görüşündə ABŞ Mərkəzi Komandanlığının məsuliyyəti altında olan bu bölgənin NATO çərçivəsinə qaytarılması ilə bağlı müəyyən müzakirələr aparılacaq - əks halda, NATO Yaxın Şərqə təsir imkanlarını Alyans olaraq itirə bilər.

Tramp gələcək...

Qeyd edək ki, tədbirə ABŞ prezidenti Donald Tramp da qatılacaq. Dövlət başçısı bu barədə Prezident Rəcəb Tayyib Ərdoğanla telefon danışığında bildirib. Xarici işlər naziri Hakan Fidan da verdiyi açıqlamalarda Prezident Ərdoğanın Prezident Trampla son dövrlərdə baş tutumuş bütün görülərində və danışıqlarında bu məsələnin vurğulandığı bildirilib. ABŞ prezidentinin aprel ayında verdiyi bəyanatda ABŞ-ın NATO-dan çıxması perspektivinə toxunmasına baxmayaraq Vaşinqton Ankarada təmsil olunacaq. Digər tərəfdən, Trampın toplantıda iştirak siqnalı ilə Avropa da NATO-nun Ankara sammitinə böyük ümidlə baxır.

Hind-Sakit Okean regionundan olan tərəfdaşlar da tədbirə qatılacaq...

Qeyd edək ki, tədbirə NATO üzvü olmayan bəzi dövlətlərin də qatılması istisna edilmir. Belə ki, XİN başçısı Hakan Fidan NATO Zirvə Toplantısı haqda danışarkən Yaponiya, Cənubi Koreya, Avstraliya və Yeni Zelandiya kimi Hind-Sakit Okean regionundan olan tərəfdaşlarına da tədbirə qatılmaları üçün təkliflər irəli sürüldüyünü deyib. Bu ölkələrin iştirakının bir sıra məsələlər üzərindən vacibliyi vurğulanır. Xüsusilə, prioritet gündəm maddələrindən olan dəniz təhlükəsizliyi, kibertəhlükəsizlik, qabaqcıl texnologiyalar və NATO ilə Hind-Sakit okean ölkələri arasında müdafiə sənayesi əməkdaşlığı bu proqrama daxildir. Ev sahibi ölkə Türkiyə, xüsusən də Yaponiya ilə müdafiə sənayesi və yüksək texnologiya sektorlarında tərəfdaşlığı dərinləşdirməyi hədəfləyir.

P.SADAYOĞLU

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:158
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 20 İyun 2026 10:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see391

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see388

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see356

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see344

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see315

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see287

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see269

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see262

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see245

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see240

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see234

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see228

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see218

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see216

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see209

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see203

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see196

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see194

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see175

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri