22 yaşlı Utah sakini Çarli Kirkin qətlində əsas şübhəli hesab olunur
Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Amerikalı mühafizəkar fəal Çarli Kirkin qətlində şübhəli bilinən şəxs Utah ştatının 22 yaşlı sakini Tayler Robinsondur.
APA xəbər verir ki, bu barədə “The New York Post” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, məhz Robinson bu iş üzrə əsas şübhəli kimi tanınıb və araşdırmanın mərkəzindədir.
“ABŞ Prezidenti Tramp cümə günü səhər bəyan edib ki, Çarli Kirkin qətlində şübhəli şəxs saxlanılıb. Hüquq-mühafizə orqanlarındakı mənbələr bildirib ki, bu şəxs 22 yaşlı Utah sakini Tayler Robinsondur”, – nəşrdə qeyd olunur.
Məlumata görə, gənci hüquq-mühafizə orqanlarına öz atası ifşa edib. Robinson cinayəti bir ailə üzvünə etiraf etdikdən sonra atasının polisə müraciət etdiyi bildirilir.
İstintaq materiallarına əsasən, Tayler Robinson daha əvvəl polis orqanlarının diqqətində olmayıb. Ona qarşı tezliklə rəsmi ittiham irəli sürüləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 12 Sentyabr 2025 17:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















