228 ailə dövlətdən kirayəyə mənzil götürdü
Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bu ilin yanvar ayında satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində 228 müqavilə rəsmiləşdirilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə İpoteka və Kredit Zəmanət Fondunun Kirayə Mənzil Departamentinin direktor müavini Aslan Zeynalov bildib.
Onun sözlərinə görə, bu rəqəmlərin dövlətdən kirayəyə mənzil götürənlərin sayının ötən illə müqayisədə çox olacağı gözlənilir.
"Kirayə mənzil mexanizmi şəxsi yığımları yetərli olmayan vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılması üçündür. Bu gün bu mexanizmə maraq çox böyükdür. Biz bunu müraciətlərin və rəsmiləşdirmələrin sayında görə bilərik. İndiyə qədər 9 298 mənzil vətəndaşlara kirayəyə verilib. Təkcə ötən il kirayə müqaviləsinin sayı 2 813 olub. Bu da əvvəlki illərə nisbətən bir neçə dəfə çoxdur. Bu da ona deməyə əsas verir ki, mexanizmə maraq ildən-ilə artır", - deyə Fond rəsmisi əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 09 Fevral 2026 14:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















