23 yaşlı gənc psixiatriya xəstəxanasında öldü Həbs olunan var
Yenisabah saytından alınan məlumata görə, Icma.az bildirir.
Aprelin 4-də Səhiyyə Nazirliyinin nəzdində Gəncə Psixiatriya Xəstəxanasında ölüm faktı qeydə alınıb.
"Yeni Sabah" "Qafqazinfo"ya istinadən xəbər verir ki, Göygöl rayonu, Quşqara kənd sakini, 1993-ci il təvəllüdlü Miri İsmayılov xəstəxanada vəfat edib.
Məlumata görə, o, beş ilə yaxın Gəncə Psixiatriya Xəstəxanasında müalicə alıb.
Hadisə ilə ilə bağlı Gəncə Şəhər Prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Qeyd edilib ki, ilkin istintaq tədbirləri nəticəsində toplanmış sübutlar əsasında həmin xəstəxanada müalicə alan 1980-ci il təvəllüdlü Zaur Mustafayev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunub. Barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Gəncə Şəhər Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:165
Bu xəbər 22 Aprel 2026 20:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















