Icma.az
close
up
RU
231 manatlıq ‘lüks’ fırıldağı KONKRET

231 manatlıq ‘lüks’ fırıldağı KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumat yayır.

Keçmiş ADY əməkdaşı və sərnişin Rəsul Mamedov Bakı–Tbilisi–Bakı qatarı ilə səyahət təcrübəsini bölüşərək xidmət səviyyəsindən narazılığını ifadə edib.

KONKRET.az xəbər verir ki, o, Bakı–Tbilisi–Bakı qatarı ilə səyahət təcrübəsini sərnişinlərlə bölüşüb:

“Nəzərə alsaq ki, mən özüm bu təşkilatda 7 il çalışmışam, mümkün qədər obyektiv və qərəzsiz olmağa çalışacağam.

Ötən ay ABŞ-a səfərim planlaşdırılmışdı. Biletləri seçərkən Bakıya geri dönüş bileti tapa bilmədim. Buna görə Bakı–Varşava–Los Anceles–Vyana–Tbilisi marşrutu üzrə bilet aldım. Məhz həmin gün mətbuatda Bakı–Tbilisi–Bakı qatarının fəaliyyətə başlayacağı barədə məlumat yayıldı və bu məni çox sevindirdi. Qatar bileti üçün elan olunan qiymət 81 manat idi. Halbuki həmin dövrdə Tbilisi–Bakı aviabileti təxminən 170 avro təşkil edirdi.

ABŞ-da olarkən, qatar biletlərinin satışa çıxarılmasından bir gün əvvəl əməkdaşlarımdan xahiş etdim ki, 6 iyun tarixi üçün Tbilisi–Bakı istiqamətində mənə bilet alsınlar. Satışın ilk günü səhər əməkdaşlarım bildirdilər ki, bu marşrut üzrə üç qiymət mövcuddur: Komfort sinfi üçün 104,26 manat, Komfort+ üçün 150,65 manat və Lüks sinif üçün 231,29 manat. Lakin həmin vaxt yalnız Lüks sinifdə yerlər qalmışdı.

Biletlərə böyük tələbatı və təyyarə bileti ilə müqayisədə qiyməti nəzərə alaraq, 6 iyun üçün Lüks sinif biletinin alınmasını xahiş etdim. Müqayisə üçün: qatar bileti 231,29 manat, təyyarə bileti isə təxminən 340 manat idi. Yəni mənim hesablamama görə 109 manat qənaət etmiş olurdum. Üstəlik, eşitdiyimə görə Lüks sinif ayrıca kupe, televizor, şəxsi sanitar qovşağı, duş, yaxşı qidalanma və digər üstünlüklər təqdim etməli idi. Lakin nə qədər yanıldığımı sonradan anladım.

ABŞ-a və oradan Tbilisiyə qədər olan marşrutumu təsadüfən qeyd etmədim. Aviabiletim üzrə mənə 23 kq-lıq bir çamadan və 10 kq-a qədər əl yükü aparmağa icazə verilmişdi. Mən də heç bir çəki limitini aşmadan belə etdim. Hətta ABŞ-dan qayıdarkən əməkdaşlardan biri tranzit zamanı çamadanla əlavə əziyyət çəkməməyim üçün əl yükümü də baqaja verməyi təklif etdi. Hər kəs səyahətimin mümkün qədər rahat keçməsi üçün kömək etməyə çalışırdı. Tbilisi vağzalının perronuna ayaq basdığım ana qədər…

Biletimi yoxlayan bələdçi xanım bildirdi ki, Lüks sinifdə səyahət etməyimə baxmayaraq, 6 kq çəkisi olan kiçik çantama görə əlavə 50 manat ödəməliyəm. Məlum oldu ki, ADY qaydalarına əsasən yalnız bir çantanı pulsuz aparmaq olar, ikinci çanta üçün isə 50 manat ödənilməlidir.

Yanımda duran bir gənc baqajsız səyahət etdiyini və çantamı öz adına rəsmiləşdirə biləcəyini söylədi. Lakin bələdçi xanım buna o qədər sərt reaksiya verdi ki, bütün izahlar və xahişlər nəticəsiz qaldı. Cavab yalnız bir idi: “50 manat ödəməlisiniz.” Mübahisədən qaçmaq və tərbiyəmə uyğun davranmaq üçün həmin məbləği ödəməyə məcbur oldum.

Kupeyə daxil olduqda anladım ki, “Lüks” bileti heç də lüks şərait demək deyil. Kupedə artıq ikinci sərnişin də əyləşmişdi. Məlum oldu ki, Lüks bilet sadəcə iki nəfərlik kupeyə verilən yerdir. Yaxşı, bunu da qəbul etdim.

Qatar hərəkətə başlayandan sonra, əvvəllər olduğu kimi, bələdçidən bir stəkan çay istədim. O isə çay təqdim etmədiyini və nəsə istədiyim halda restoran vaqonuna getməli olduğumu bildirdi. Lüks sinifdə qidalanma barədə sual verdikdə isə mənə sanki xalq düşməninə baxırmış kimi baxdı və yenə restoran vaqonuna yönləndirdi.

Restoran vaqonunda iki ofisiant və mətbəxdə bir gənc qız çalışırdı. Menyuya baxanda özümü bir anlıq “Four Seasons” otelinin restoranında hiss etdim. Düşünürəm ki, orada yemək belə daha ucuz başa gələrdi. Üstəlik, mətbəxdə yalnız bir nəfər işlədiyi üçün sifarişimi təxminən bir saat yarımdan sonra ala bildim.

Beləliklə, 109 manat qənaət etmək və keçmiş xatirələri yenidən yaşamaq istəyərkən, əlavə baqaj ödənişi və şam yeməyini nəzərə aldıqda cəmi 20 manat qənaət etmiş oldum. Bunun müqabilində böyük məyusluq yaşadım və həyatımın 10 saatını itirdim. Kupe daxilindəki şəxsi sanitar qovşağından cəmi bir dəfə istifadə etdim, duş otağına isə ümumiyyətlə girmədim.

İşləməyən internet, kupedəki istilik və işləməyən televizor barədə də çox şey danışa bilərəm. Amma bunun nə mənası var?

Bu, həmin qatarla ilk və son səfərim oldu. Sizə də tövsiyə etmirəm. Təyyarə ilə uçmaq daha məqsədəuyğundur.

Çox təəssüf ki, belə köklü və hörmətli dövlət şirkətinin rəhbərliyində sərnişin xidmətlərini lazımi səviyyədə təşkil edə bilməyən peşəkar olmayan şəxslər dayanırlar.”

Natiq Səlim

KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://konkret.az
archiveBu xəbər 08 İyun 2026 12:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see641

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see320

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see310

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see303

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see299

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see298

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see283

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see272

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see265

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see257

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see249

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see244

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see235

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see235

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see235

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see231

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see231

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see229

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see227

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see217
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri