Icma.az
close
up
RU
24 il öncəki olay: Paşinyan Köçəryanın Əliyevə təklifinə etiraz etdi “O əli kəsin!

24 il öncəki olay: Paşinyan Köçəryanın Əliyevə təklifinə etiraz etdi “O əli kəsin!

GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Hazırda Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşünə hazırlıqlar gedir. Bakı vaxtı ilə gecə saatlarında baş tutacaq görüşdə bir sıra razılaşmaların imzalanacağı bildirilir. Məlumata görə, artıq Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək yolun açılması və buradan maneəsiz keçidin təmin edilməsi üçün razılıq əldə olunub. Meğridən keçən yol “Tramp körpüsü” adlanacaq və bura ABŞ-a məxsus şirkətin operatorları nəzarət edəcək. Məsələyə xüsusilə Ermənistanın Baş naziri Nikol Paşinyanın həvəsli olduğu və ilk razılığı verdiyi vurğulanır. 

Maraqlıdır ki, Ermənistanın keçmiş prezidenti Robert Köçəryan “Həyat və Azadlıq” kitabında hələ 2000-ci ildə Ulu Öndər Heydər Əliyevlə Naxçıvanın Sədərək rayonunda görüşdüyünü və Qarabağın Ermənistanın tərkib hissəsi kimi tanınması müqabilində bəzi təkliflər irəli sürdüyünü yazıb. Məlumata görə, həmin il Köçəryan Əliyevə Meğri rayonundan keçməklə Naxçıvana birbaşa maneəsiz yol təklif edib. Bu məsələ daha sonra 2001-ci ildə ABŞ-ın Ki Uest şəhərində liderlər arasında keçirilən görüşdə gündəmə gətirilib. Lakin Heydər Əliyev Qarabağın itirilməsi müqabilində belə bir “mübadiləyə” razılıq verə bilməyəcəyini, xüsusilə oğlu İlham Əliyevin bunu doğru hesab etmədiyini bəyan edib.

Həmin illərdə Köçəryanın “Meğri təklifi” Ermənistanda sensasiya yaradıb, müxalifət və ictimaiyyət ciddi narazılıq bildirib. Mətbuatda sərt tənqidi yazılar dərc olunub. Belə yazılardan birinin müəllifi isə Ermənistanın hazırkı baş naziri Nikol Paşinyan olub. 2001-ci ildə “Haykakan Zamanak” (“Erməni zamanı”) qəzetində çalışan jurnalist Nikol Paşinyan dövrün hakimiyyəti və “Qarabağ klanı”nı daimi şəkildə hədəf alan yazılar qələmə alıb. Paşinyanın Meğri məsələsinə münasibətdəki yazısıl isə hazırda Vaşinqtonda aparılan müzakirələr fonunda təkrar gündəmə gəlib.

Keçmiş jurnalist, hazırkı baş nazir sözügedən yazısında sabiq prezident Köçəryanın Meğri vasitəsilə Azərbaycandan Naxçıvana maneəsiz yol verilməsi təklifini “oyun” adlandırıb.

Paşinyan yazır:

Həmçinin oxuyun:

Narahatlıq doğuran sükut: “Dəhliz açılsın” demişdilər, lakin… – Əks plan

“Türklərin və ABŞ-ın Meğriyə ehtiyacı var, bu, sadəcə möhtəşəmdir. Lakin bu məsələnin müzakirəsi ermənilərin qərarsızlığının dövlət siyasətinə çevrilməsinin nəticəsidir. Türklər nə istədiklərini bilirlər: Mərkəzi Asiyaya daxil olmaq. ABŞ-ın həmin regionda Türkiyədən başqa müttəfiqi yoxdur. Vaşinqtonun Mərkəzi Asiyada fərqli ambisiyaları var. Ermənistan isə nə istədiyini bilmir. Sadəcə ümumilikdə türklərin, əsasən Türkiyənin həmin regiona daxil olmasının qarşısını almalı olduğunu düşünür. Çünki bu, bizim dostumuz olan Rusiya və Çinin maraqlarına uyğundur. Doğrudur, Türkiyənin Mərkəzi Asiya ilə yaxınlaşması bizim maraqlarımıza zidd deyil, amma bu, 1915-ci il hadisələrini xatırladır. Yaxşı, Meğridən gediş-gəliş üçün istifadə etsinlər, amma pul ödəsinlər”.

Paşinyan yazısında həmçinin Türkiyənin Naxçıvan ilə quru əlaqəsinin olmadığını xatırladıb:

“Naxçıvana getmək üçün Gümrü-İrəvan-Yerasx xəttindən istifadə edə bilərlər, amma pul ödəməklə. Yəni kommunikasiyaların açılması fikri o qədər də pis deyil, amma Köçəryan kimilərin əlində oyuna çevrilib. Çünki onlar kommunikasiyaların açılmasını torpaq təhvil verməklə səhv salırlar. Meğrini versək, Ermənistan dalana dirənəcək. Biz Meğriyə nəzarəti başqasına verən istənilən əli kəsməliyik. Lakin Türkiyə və Azərbaycan bizim qonşumuzdur, onlarla münasibətləri yaxşılaşdırmağımız da vacibdir. Ermənistan Türkiyə üçün Orta Asiyaya gedən yoldur. Türkiyə Ermənistan üçün Avropaya qapıdır. Azərbaycan Ermənistan üçün Mərkəzi Asiyaya açılan qapıdır. Ermənistan Azərbaycan üçün Türkiyəyə, beləliklə də Avropaya açılan qapıdır”.

Baş nazirin məqaləsində qeyd etdiyi bəzi fikirləri hakimiyyətə gəldikdən sonra dəyişsə də, 44 günlük müharibə onu əvvəlki yanaşmasına qayıtmağa və ölkəsinin mövcudluğunu qoruması üçün iddiaları, bəyanatlarını tamamilə dayandırmağa məcbur etdi.

Beləliklə, Paşinyanın arzuladığı kimi, Ermənistan üçün Avropaya və Mərkəzi Asiyaya qapının açılması tamamilə İrəvanın davranışlarından asılıdır.

Ayşən Mustafa
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 08 Avqust 2025 13:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see249

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see227

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see190

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see159

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see157

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see154

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see152

Voltemade ilk 20 dəqiqədə “Çelsi”nin qapısına iki qol vuran dördüncü oyunçu olub

21 Dekabr 2025 02:45see150

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see143

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see143

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see139

İlon Mask buna görə dünyada birinci oldu rekordu yenilədi

21 Dekabr 2025 02:44see135

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see132

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see132

Türkiyədə daha üç məşhur barədə həbs qərarı çıxarıldı

21 Dekabr 2025 02:44see129

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see128

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see128

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see128

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see125

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri