24 saatlıq reklam paylaşımından 700 min qazanır
Icma.az, Bakupost portalına istinadən məlumat yayır.
Türkiyəli aktrisa Hande Erçelin sosial şəbəkələrdəki reklam gəliri ilə bağlı səsləndirilən rəqəm diqqət çəkib. Aktrisanın “Instagram” hesabında cəmi 24 saat görünən reklam xarakterli “Story” paylaşımı üçün 700 min türk lirəsi aldığı iddia olunur.
"Bakupost" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Hande Erçelin sosial şəbəkələrdən əldə etdiyi gəlir TV8 telekanalında yayımlanan “Gel Konuşalım” proqramında müzakirə edilib.
Proqramda səsləndirilən iddiaya əsasən, milyonlarla izləyicisi olan aktrisa “Instagram” hesabında paylaşdığı reklam xarakterli hekayələrə görə 700 min türk lirəsi qazanc əldə edir.
Cəmi 24 saat ərzində görünən paylaşım üçün tələb edildiyi bildirilən bu məbləğ sosial media reklamlarının kommersiya dəyərini yenidən gündəmə gətirib.
“Sen Çal Kapımı” serialında baş rollardan birini canlandırdıqdan sonra Türkiyədən kənarda da geniş izləyici auditoriyası qazanan Hande Erçel müxtəlif beynəlxalq markalarla əməkdaşlıqları ilə diqqət çəkir.
Aktrisanın gündəlik həyatına dair paylaşımları, moda seçimləri və reklam əməkdaşlıqları sosial şəbəkələrdə geniş maraq doğurur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 23 Oktyabr 2026 17:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















